Əsas Səhifə > Güney Press, Üçüncü sektor > METYU BRAYZAYA İŞ YERİ TAPILDI

METYU BRAYZAYA İŞ YERİ TAPILDI


3-03-2012, 14:17
METYU BRAYZAYA İŞ YERİ TAPILDI

ABŞ-IN KEÇMİŞ SƏFİRİ ESTONİYADA ÇALIŞACAQ

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Estoniyada Müdafiə Məsələləri üzrə Beynəlxalq Mərkəzin (ICDS) direktoru təyin edilib.

APA-nın ICDS-yə istinadən verdiyi məlumata görə, M. Brayza yeni vəzifəsində martın 1-dən işə başlayıb.

İCDS-in rəhbəri kimi M. Brayza Mərkəzin ümumi idarəetməsinə nəzarəti həyata keçirəcək.

Qeyd edək ki, ICDS Estoniyanın paytaxtı Tallin şəhərində yerləşir. Mərkəz 2006-cı ildə Estoniya hökuməti tərəfindən yaradılıb. İCDS müdafiə və təhlükəsizlik sektorunda prosesləri izləyir, qlobal hadisələri təhlil edir, Estoniyanın marağı üzrə təkliflər hazırlayır.


Geri qayıt