Əsas Səhifə > Şou-biznes > “"XATİRƏLƏR" MAHNISINI DƏLİCƏSİNƏ SEVİRƏM”

“"XATİRƏLƏR" MAHNISINI DƏLİCƏSİNƏ SEVİRƏM”


3-03-2012, 14:05
“"XATİRƏLƏR" MAHNISINI DƏLİCƏSİNƏ SEVİRƏM”

AYAN BABAKİŞİYEVANIN 5 ARZUSU

Gənc müğənni Ayan Babakişiyeva yerli telekanallardan birinə açıqlamasında 5 arzusunu dilə gətirib.

Məlumata görə, o, Abbas Bağırovla duet oxumağı çox arzuladığını söyləyib: "Ədalət Şükürova isə heç olmasa, 1 gün işlərini kənara qoymasını və mənim klipimdə özünü aktyor kimi sınamasını təklif edirəm. Xanım İsmayılzadənin "Xatirələr" mahnısını dəlicəsinə sevirəm və mahnını mənə verəcəyinə ümid edirəm. Baba Vəziroğlu əla şeirlər yazır və onun səsinin mənim mahnıma salınmasını istərdim. Stilistim Səbinə İmanovadan məni sarışın etməsini xahiş edirəm".


Geri qayıt