Əsas Səhifə > Şou-biznes > AZƏRBAYCANLI MÜĞƏNNİ YENƏ DƏYİŞİR

AZƏRBAYCANLI MÜĞƏNNİ YENƏ DƏYİŞİR


3-03-2012, 14:02
AZƏRBAYCANLI MÜĞƏNNİ YENƏ DƏYİŞİR

ELNARƏYƏ SARI RƏNGİ YARAŞDIRMAYANLAR ÇOX OLDU

Bəziləri bunu səmimi etiraf etdilər, bəziləri isə müğənnini yanlış seçim etdiyi üçün qınadılar. Amma Elnarənin hamıya yanaşması eynidir. Zövqlərin müxtəlif olduğunu bildirən Elnarə Milli.Az-a danışır ki, bu dəyişikliyi sənəti üçün edir:

"Qrupdakı fəaliyyətim ifa üslubuma təsir etdi. Bu üslub isə mənə dəyişməyi tələb edir. Ona görə də başlanğıcı saçlarımda etdim. Yenə dəyişəcəm. Amma saçlarımda deyil, geyimimdə olacaq dəyişiklik. Hazırda bir neçə mahnı hazırlanır ki, bunlara klip çəkiləcək. Klipin biri Türkiyədə lentə alınacaq. Bunun üçün düşünürük ki, türk stilisti ilə çalışaq. Həmin stilistin işi mənim geyim tərzimi dəyişməkdən ibarət olacaq, - deyən Elnarə əlavə edir ki, bu, adi bir tərz olmayacaq, mahnının janrına uyğunlaşdırılacaq. - Bu, işimin növbəti mərhələsində başlanğıcdır. Necə olacağını dəqiq deyə bilməsəm də, ortaya yeni və fərqli iş çıxaracığımıza əminəm. Yəni Elnarə yenə dəyişəcək və başqa olacaq".


Geri qayıt