Əsas Səhifə > Siyasət, Manşet > «QUBADA ÜSYAN BAŞ VERMƏYİB» İDDİASI

«QUBADA ÜSYAN BAŞ VERMƏYİB» İDDİASI


3-03-2012, 13:47
«QUBADA ÜSYAN BAŞ VERMƏYİB» İDDİASI

HÖKUMƏTDƏKİ MƏNBƏNİN 1 MART OLAYLARI İLƏ BAĞLI ŞOK AÇIQLAMASI

DİA.AZ: - Bəli, Qubada 21-ci əsrin ilk üsyanı baş verdi. Bütün parametrlərinə görə ilk baxışdan üsyan xarakteri daşıyan 1 mart tarixində Qubada baş verənlərlə bağlı şübhələr isə bitib səngimək bilmir. Elə redaksiyamızın əldə etdiyi yeni informasiyalar da həmin şübhələrin həqiqətn payını anbaan artırmaqdadır.

Həmin fatlara keçməzdən öncə, ilk əvvəl Quba hadisələrinə ilk reaksiyasında baş verənlərdə yəhudi izina axtaran Sosial Demokrat Partiyasının sədri Zərdüşt əlizadənin fikirlərini xatırlayaq. Qeyd edək ki, ASDP sədri həmin andaca Quba olaylarının arxasında kənar müdaxilələrin, kənar maraqlı güclərin olduğunu bəyan etmişdi.

DİA.AZ-a bu barədə danışan hökumət içindəki məlumatlı mənbə isə Zərdüşt əlizadənin ehtimal olaraq söylədiklərinin arxasında ciddi faktların dayandığını israrla bildirir. Mənbəmiz ilk əvvəl Qubada baş verənlərə xüsusi diqqətlə yanaşmamızı istəyir:

«Diqqət yetirin, Qubada üsyana xeyli əvvəldən tədarük görülür. 1 mart hadisələrinə qədər yerli ictimaiyyət adından icra başçısının ünvanına sərt xəbərdarlıqlar yayılır. Amma bütün bu baş verənlər nədənsə digər vaxtlarda xüsusi olaraq ayıq-sayıq olan yerli hüquq-mühafizə orqanlarımızın nəzərindən «qaçır». Və sonrakı inkişaf axarı da bəlli bir ssenari üzərə hərəkətin baş verməsini təsdiqləyir».

Mənbəmiz bildirir ki, əslində normal şəraitdə hazırki hakimiyyət əgər öz ənənəsinə sadiq qalsaydı, bölgəyə hansısa ciddi yetgi sahibinin, məsələn, elə nəqliyyat naziri Ziya Məmmədovun göndərilməsi prosesi baş verməməli idi: «Amma Ziya Məmmədov Qubaya göndərildi. Çünki icra başçısı onun yaxın adamlarından birinin qohumu idi. Amma bu da yetərli səbəb deyil ki, Ziya Məmmədov Qubada baş qaldıran üsyanın yatırılması üçün ezam olunsun».

«Əslində Qubada üsyan baş verməyib. Üsyan heç bir zaman planlaşdırılmır» deyən mənbəmiz baş verənlərin ssenarisinin varlığını da nəzərə almamızı istədi: «Hər halda, Rauf Həbibovun həyat yoldaşının «Siz qubalı deyirsiniz, bilirsinizmi oradakı hər 10 maşından 9-u Bakıdan gəlmişdi» açıqlamasını unutmaq, nəzərdən qaçırmaq olmaz. Məsələ tamam fərqlidir».

Və gəlirik əsl məqama. Mənbəmiz bildirir ki, bu proses keçən ilin sonlarından başlayıb: «Məlumdur ki, Qubada Azərbaycan türkləri ilə yanaşı, həm də bir yəhudi dininə inananlar da yaşayırlar. Bu fakt isə Qubanın beynəlxalq yəhudi təşkilatları üçün və həm də İsrail dövləti üçün maraqlı bir regiona çevirib. Yəni onların Qubada xüsusi maraqları var».

Mənbəmiz bildirir ki, Fransada fəaliyyət göstərən «Yəhudilərin Katolik Kilsəsi» təşkilatı keçən ilin sonlarına yaxın Qubaya səfər edirlər: «Həmin təşkilat Azərbaycan hakimiyyəti ilə çox sıx əlaqələrə malikdir. Hətta həmin təşkilat Fransa konstitusiya məhkəməsinə də nəzarət etdiyindən erməni «soyqırımının» inkar qanunu məhz sözügedən ünvanda «ilişib qaldı». Bu işdə rəsmi Bakının həmin təşkilatla əlaqələrindən istifadə edərək böyük işlər görməsi faktdır. Bunu elə Ankara hökuməti də yaxşı bilir və elə buna görə də Fransanın «geri çəkilməsindən» sonra Ankara Parisə yox, Bakıya təşəkkür etdi və rəsmən «Bu prosesdə Azərbaycanın mövqeyindən razı qaldıq» ifadəsini işlətdilər».

Bir sözlə, mənbəmiz belə bir təşkilatın rəsmi Bakı ilə sıcaq münasibətlərini diqqətə çatdıraraq bildirir ki, həmin qurumun üzvləri Qubada Böyük Yəhudi ərkəzini inşa etdirmək niyyətində olublar və bu məqsədlə yerli icra strukturlarından 4 hektarlıq ərazi istəyiblər: «Amma maraqlıdır ki, birbaşa olaraq «yuxarılara» deyil, Qubanın yerli icra strukturlarına edilən müraciətə rədd cavabı verilib. Daha doğrusu, yumşaq formada bildirilib ki, «bura Azərbaycandır, Fələstin deyil». Və bu söhbətin ağırlığı yəhudilərə elə toxunub ki, hətta Azərbaycan iqtidarı baş verənlərlə bağlı məlumatlandırılmayıb da».

«Daha sonra Rauf Həbibov başqa bir məsələ ilə də beynəlxalq mason lojasını özündən «incik salıb»» deyən mənbəmizə görə, həmin qalmaqallı çıxışı zamanı Rauf Həbibov əslində Quba torpaqlarının son illərdə ayrı-ayrı yəhudi iş adamlarına satılmasına etirazını bildiribmiş: «Həmin videomaterialı tam hissəsi nədənsə kimsəni maraqlandırmır. Niyə o tədbirdə icra başçısının tam çıxışı yoxdur. Fikir konteksdən çıxarılıb. Əslində, icra başçısı qubalıları öz dədə-baba torpaqlarını hansısa yəhudiyə 30-40 manata satdığına görə qınayır. Bu idi məsələ və təbii ki, yəhudilər bunu boşuna qoymazdılar».

«Beləliklə, Rauf Həbibov hədəfə çevrilir» fikrinin müəllimi olan mötəbər qaynaq iddia edir ki, bunun ardından sistemli şəkildə sabiq icra başçısına qarşı iş aparılır: «İlk əvvəl onun çıxışı konteksdən çıxarılaraq internet vasitəsilə yayılır. Burada müxalifət mətbuatından da gen-bol istifadə olunur. Yəhudi ağlıdır axı. Müxalifətə nə lazımdır? Narazılıq! Onu da verirlər. Yəni hədəfə alınan guya ki, xalqdır, hədəfə alan isə guya ki, bu hakimiyyətin nümayəndəsi. Beləcə, müxalifət mətbuatı proseslərdə bilmədən yəhudilərin marağına xidmət edir».

Mənbəmiz Qubanın yəhudi əsilli deputatı Yevda Abramovun hadisələr vaxtı rayona getməməsini də təsadüfi hesab etmir: «Hər halda, onlar hadisələri kənardan idarə edirdilər və onların hadisələrin önündə olması işin iflası kimi qəbul edilə bilərdi. Diqqət yetirin, Ziya Məmmədov, Zeynal Nağdəliyev Qubaya gedir, amma Qubanın birbaşa olaraq mandatını cibində gəzdirən Yevda Abramov rayona yaxın da düşmür. Bu faktları da nəzərdən qaçırmaq olmaz».

Hər halda, yuxarıda qeyd olunan şübhəli məqamlar çox maraqlıdır. Amma bunların tam həqiqəti ehtiva etməsini bizlər də bilmirik. Sadəcə olaraq, maraqlı olduğundan, diqqətinizə çatdırdıq. Hər halda əlavə informsiyanın ziyanı yoxdur, əksinə, əsl həqiqətin üzə çıxması üçün xeyri var…


Geri qayıt