Əsas Səhifə > Partiya > CƏLİLABAD CƏBHƏÇİSİNİ POLİS SAXLADI

CƏLİLABAD CƏBHƏÇİSİNİ POLİS SAXLADI


3-03-2012, 13:21
CƏLİLABAD CƏBHƏÇİSİNİ POLİS SAXLADI

TƏZƏXAN MİRƏLƏMLİ SƏBAYEL POLİSİNDƏDİR

Martın 3-də AXCP Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmlini polis saxlayıb.

Hazırda o, Səbail rayon Polis İdarəsinin 8-ci bölməsindədir.

Dediyinə görə, səhər «Azneft» dairəsindən Bayıl dairəsinə gedən yoldakı tıxacla bağlı polisə öz etirazını bildirib və onlardan yolun açılmasını istəyib:

«Yollarda uzun-uzadı tıxac yaranmışdı, hamı da narazılıq edirdi. Belə bir vəziyyətdə yolun kənarında bir neçə polis dayanmışdı. Mən onlara dedim ki, burda dayanıb söhbət edirsiz, heç olmasa, yolların açılmasına yardım edin».

T.Mirələmli deyir ki, elə bu dediklərindən sonra onu aksiya keçirməkdə ittiham edib, 8-ci bölməyə gətiriblər.

Bölmədən məlumatı təsdiqləyiblər. Bildiriblər ki, hazırda Təzəxan Mirələmli izahat verir.

"Azadlıq" radiosu

Geri qayıt