Əsas Səhifə > Hadisə > BAKIDA POLİSLƏR AVTOMOBİL QƏZASINA DÜŞÜB

BAKIDA POLİSLƏR AVTOMOBİL QƏZASINA DÜŞÜB


3-03-2012, 12:21
BAKIDA POLİSLƏR AVTOMOBİL QƏZASINA DÜŞÜB

XƏSARƏT ALANLAR VAR

Bakıda dünən post-patrul xidmətinə məsxsus avtomobil qəzaya düşüb, 3 polis əməkdaşı xəsarət alıb.

Nizami rayon prokuroluğundan Trend-ə verilən məlumata görə, dünən axşam Qara Qarayev prospekti 1 ünvanında 90 AF 481 nömrə nişanlı "Fiat Dablo"markalı avtomobil idarə etməni itirib və maneəyə çırpılıb.

Nəticədə avtomobildə olan polis kapitanı, Firdovsi Məmmədov və iki serjant - Mehdiyev Nəsib Əşrəf oğlu və Xəlilov Qoşqar Allahverdi oğlu ağır xəsarətlər alıblar.

Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı rayon polis idarəsində cinayət işi başlanıb.


Geri qayıt