Əsas Səhifə > Dünya > RUSİYA AĞILLANIB

RUSİYA AĞILLANIB


2-03-2012, 14:39
RUSİYA AĞILLANIB

“BİZ QARABAĞI İŞĞAL OLUNMUŞ ƏRAZİ KİMİ TANIYIRIQ”

“Dağlıq Qarabağ münaqişəsinin həllində tələsmək lazım deyil.

Dünyada buna oxşar münaqişələr çox olub. Amma tələsərkən problem qeyri-siyasi yolla həll olunur. Əlbəttə, biz Dağlıq Qarabağı işğal olunmuş ərazi kimi tanıyırıq. Amma bu problemin həllində böyük səbir lazımdır. Bunu Rusiya rəhbərliyi də dəfələrlə qeyd edib”. APA-nın xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin Stavropol diyarı üzrə nümayəndəsi Leonid Filimonov jurnalistlərə açıqlamasında deyib.

L. Filimonov Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun da çalışdığını qeyd edərək, “Düşürəm ki, Rusiyanın Minsk Qrupu çərçivəsində gördüyü işlər öz nəticəsini verəcək” söyləyib.

İran-Azərbaycan münasibətlərinin gərginləşməsi barədə suala isə XİN nümayəndəsi belə cavab verib: “İran və Azərbaycan arasında son zamanlar yanan gərginlik səngiməlidir. Bütün dünya çalışmalıdır ki, İranda hər hansı kataklizmlər baş verməsin”.


Geri qayıt