Əsas Səhifə > Ölkə > NARDARANDA DA VƏZİYYƏT GƏRGİNDİR

NARDARANDA DA VƏZİYYƏT GƏRGİNDİR


2-03-2012, 14:32
NARDARANDA DA VƏZİYYƏT GƏRGİNDİR

"VAXTAŞIRI KƏNDDƏ MÜƏYYƏN REYDLƏR KEÇİRİRLƏR"

Bu ayın əvvəllərində başlayaraq MTN və polis əməkdaşları tərəfindən Nardaranda kifayət qədər kütləvi həbslər həyata keçirildi. Həbs edilən şəxslərin 7 nəfəri vətənə xəyanətdə ittiham olunurlar. Digər iki nəfər isə narkotik və soyuq silah saxlamaqda ittiham edilirlər. Naradarandakı hazırki durumla və həbs edilənlərlə bağlı FaktXeber.com-a açıqlama verən Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimli, hazırda hər hansı bir dəyişikliyin olmadığını bildirdi. “Vaxt aşırı kənddə müəyyən reydlər keçirirlər. Amma hələ ki, hər hansı bir dəyişiklik baş verməyib.” Sonra Natiq Kərimli qeyd etdi ki, hal-hazırda sonuncu həbs edilənlərlə birgə 14 nəfər nardaranlı haqsız yerə zindandadır. “Axırıncı həbs edilən 9 nəfərdən 7-si 274-cu maddə ilə (vətən xəyanət) ittiham edilirlər. Digər iki nəfər isə soyuq silah və narkotik gəzdirməkdə ittiham olunur. Həbs edilən şəxslərin hamısı namaz qılan oruc tutan adamlardır. Onlara qarşı irəli sürülən ittihamların hamısı yalan və böhtandır.”
Həbs edilən şəxslər arasında “İslam Həqiqətləri” qəzetinin baş redaktoru Əbülfəz Bünyadov narkotiklə ittiham olunur.

Qeyd edək ki, sonuncu dəfə Nardaranda həbs edilən 9 nəfərin adları və nədə ittiham olunmaları aşağıdakı siyahıdan oxuya bilərsiz.

1. Rəsulov Taleh Əliyusif oğlu. 1977-ci ildə doğulub. Ailəlidir, iki övladı var.

2. Ələkbərov Həmidağa Tofiq oğlu. 1975-ci ildə doğulub. Ailəlidir, beş övladı var. 2011-ci ilin sonlarında həbs olunan Kərbəlayi İmranın kiçik qardaşıdır. Hər iki qardaş Qarabağ müharibəsi veteranıdır.

3. Qasımov Rahim Museyib oğlu. 1971-ci ildə doğulub. Ailəlidir, iki övladı var.

4. Tağıyev Elman Ramiz oğlu. 1978-ci ildə doğulub. Ailəlidir, iki övladı var.

5. Zəkiyev Məhəmmədtağı Əlikram oğlu. 1963-cü ildə doğulub. Ailəlidir, dörd övladı var. Bu yaxınlarda İranda ürəyindən əməliyyat olunub.

6. Zəkiyev Əbülfəz Əlikram oğlu. 1971-ci ildə doğulub. Ailəlidir, üç övladı var.

7. Əli. Natiq Kərimov soyadını bilmədiyi Əli adlı qəsəbə sakininin hazırda axtarışda olan, İranda gizlənən, Azərbaycanda ictimai xadimin həyatına terror hazırlamaqda ittiham edilən Balaqardaş Dadaşovun bacısı oğlu olduğunu deyib.

8. Kərimov Niyazi Əlövsət oğlu. 1961-ci ildə doğulub. Ailəlidir, iki övladı var. Qarabağ müharibəsinin iştirakçısıdır. Natiq Kərimov deyib ki, Niyazi Kərimov müharibədə başından aldığı xəsarətə görə Maştağa qəsəbəsindəki ruhi-əsəb dispanserində müalicə olunurmuş. Onu dispanserdən tutub aparıblar.

9. Bünyadov Əbülfəz Heybət oğlu. Ailəlidir, bir azyaşlı əlil övladı var. “İslam həqiqətləri” qəzetinin baş redaktorudur. Qəsəbədə aptekdə həbs olunub. Natiq Kərimov bildirib ki, Əbülfəz Bünyadov həm də aptekdə çalışırmış.


Geri qayıt