Əsas Səhifə > Partiya > AZƏRBAYCAN CƏMİYYƏTİ SÜRƏTLƏ İNQİLABA SÜRÜKLƏNİR

AZƏRBAYCAN CƏMİYYƏTİ SÜRƏTLƏ İNQİLABA SÜRÜKLƏNİR


2-03-2012, 13:19
AZƏRBAYCAN CƏMİYYƏTİ SÜRƏTLƏ İNQİLABA SÜRÜKLƏNİR

DEMOKRATLARIN QUBA OLAYLARINA QİYMƏTİ

ADP mətbuat xidmətindən DİA.AZ-a daxil olan bəyanatda deyilir ki, ADP Quba rayonunda baş verən hadisələri Azərbaycan cəmiyyətinin sürətlə inqilaba sürüklənməsinin əlaməti kimi dəyərləndirir. ADP belə hesab edir ki, baş verən bu hadisələr iqtidarın yanlış kadr siyasəti, ağır iqtisadi, sosial vəziyyət və fundamental insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasının nəticəsidir ki, ölkədə kortəbii etiraz aksiyaları təhlükəli istiqamətdə inkişaf edir.

ADP ölkədə yaranmış ağır sosial-iqtisadi və siyasi vəziyyətdən çıxış yolu kimi hakimiyyəti vaxt itirmədən müxalifətlə siyasi dialoqa başlamağa, ölkədə hadisələrin inqilabi ssnera üzrə inkişafının qarşısını almaq üçün siyasi iqtisadi və kadr islahatlarını həyata keçirməyə çağırır. ADP eyni zamanda hakimiyyətdən vəziyyəti gərginləşdirməmək üçün Quba rayonunda baş verən hadisələr zamanı həbs olunanları dərhal azad etməyə və günahkar vəzifəli şəxslərin cəzalandırılmasını tələb edir.

Geri qayıt