Əsas Səhifə > Sosial, Manşet > İCRA BAŞÇILARI QORXU İÇİNDƏ

İCRA BAŞÇILARI QORXU İÇİNDƏ


2-03-2012, 12:45
İCRA BAŞÇILARI QORXU İÇİNDƏ

QUBA ÜSYANI ƏYALƏT MƏMURLARI ÜÇÜN «GÖZÜ ÇIXMIŞ QARDAŞ» DƏRSİ OLUB

DİA.AZ: - Dünən Qubada yaşanılanlar bütün Azərbaycanda əks-səda yaratdı. Qəzəblənmiş rayon sakinlərinin icra başçısı Rauf Həbibovun evini yandırmağa qədər qalxması digər icra başçıları üçün də dərs olub. Bu redaksiyamıza daxil olan məlumatlardan da aydın olur.

Belə ki, Gəncədəki mötəbər qaynaqlardan DİA.AZ-a verilən xəbərdə icra başçısı Elmar Vəliyevin bu gün səhər saatlarından etibarən şikayətçiləri şəxsən qəbul etməsi xəbəri daxil olub. Mənbəmizin söylədikləri: «Əgər özgə vaxtı Elmar Vəliyevi otağında tapmaq hansısa şikayətçi üçün fantastika hesab olunurdusa, indi icra başçısı özü köməkçisinə «daha kim qaldı» deyərək, şikayətçiləri bir-bir qəbul edir, onlara «probleminiz həll olunacaq» vədini verir».

Bir başqa mənbələrdən redaksiyamıza çatadan xəbərlərdən aydın olur ki, anoloji ab-hava Mingəçevirdə də yaranıb. Belə ki, Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Mübariz Ağayev bu gündən etibarən «Böyü Xalq Günü» təsis etmək barədə göstəriş verib.

Mənbənin söylədikləri: «Həmin gün kimi həftənin şənbə günü müəyyən olunub və hər həftənin 6-cı günü icra başçısı bütün şikayətçiləri şəxsən və toplu halda qəbul edəcək. Ona görə də bu gün səhər saatlarından Mingəçevir şəhər icra hakimiyyətinə üz tutan «ənənəvi» şikayətçilərdən də ÜZR İSTƏNİLƏRƏK bildirilib ki, şənbə günü başçı hamını toplu halda, icra hakimiyyətinin akt zalında qəbul edəcək».

Redaksiyamıza verilən xəbərlərdə bildirilir ki, anoloji məmur təlaşı digər rayonlarda da yaranıb. Bu isə o deməkdir ki, Rauf Həbibovun üzləşdiyi problem digər əyalət məmurları üçün «gözü çıxmış qardaş» dərsi effekti yaradıb.


Geri qayıt