Əsas Səhifə > Cəmiyyət > KORRUPSİYA İDARƏSİ RAUF HƏBİBOVU ARAŞDIRMIR
KORRUPSİYA İDARƏSİ RAUF HƏBİBOVU ARAŞDIRMIR2-03-2012, 12:28 |
“İCTİMAİYYƏTƏ ƏLAVƏ MƏLUMAT VERİLƏCƏK” Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsində Quba rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibovla bağlı hər hansı araşdırma aparılmır. APA-nın xəbərinə görə, bunu Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin rəisi Kamran Əliyev jurnalistlərin suallarına cavab olaraq bildirib. Kamran Əliyev Qubada dünən baş verən hadisələrlə bağlı cinayət işi açıldığını, bu haqda ictimaiyyətə əlavə məlumat veriləcəyini bildirib. Geri qayıt |