Əsas Səhifə > Şou-biznes > MÜĞƏNNİ RÖYADAN ŞANEL MƏSLƏHƏTİ

MÜĞƏNNİ RÖYADAN ŞANEL MƏSLƏHƏTİ


2-03-2012, 12:22
MÜĞƏNNİ RÖYADAN ŞANEL MƏSLƏHƏTİ

XANIM MÜĞƏNNİ İMİCİ İLƏ DƏ GÖZ OXŞADI

Qara rəng nə qədər arzuolunmaz rəng hesab edilsə də, əksər xanımların qarderobunda bu rəngdən olan libaslara rast gəlmək olar. Əgər bu xanım müğənnidirsə və xarici görünüşü ürəyi istəyən kimi deyilsə, demək, mütləq qaraya meyl göstərir. Bu sadaladıqlarımızı qətiyyən populyar estrada ulduzu Röya Ayxana etmək istəmirik. Çünki yerli bomondun zövq diqtə edən müğənnilərindən olan Röya nə artıq çəkidən əziyyət çəkir, nə də bədən quruluşunda hansısa qüsurları var. Bəs görəsən, qara rəngə meylli olmasının kökündə nə dayanır?

Milli.Az-a açıqlama edən xanım Ayxan maraqlı faktlar açıqladı.

"Qara rəngin qadın psixikasına göstərmiş olduğu müsbət və mənfi tərəflərini bir çox moda mütəxəssisləri ortaya çıxarmağa çalışıblar. Oxuduğum qədər, dünyaca məşhur modelyer Koko Şanelə qədər qara rəng bədbəxtlik və matəm rəmzi hesab olunurdu. O, səbəbsiz geyinilmirdi. Amma Şanel qara rəngin daha qlamur və gözəl olduğunu elan etdi. O, dünyaya əksəriyyətin baxdığı gözlə baxmırdı. Şanelin dəbində qara rəngin öz özəlliyi var. Və kolleksiyasında qara rəngli paltarlara xüsusi yer ayırıb. İnsan xoşbəxt görünərsə, o, gözəldir. Xoşbəxtlik onun üzünə çökər və gözəl görünməyinə yardımçı olar. 50 yaşında olarkən özünü 20 yaşlı kimi hiss edərdi. Azadlığı yenə öndə tutardı, daima gülümsəyərdi. Kifir qadın yoxdur, sadəcə, özünə baxmayan qadın var. Bu kəlməni hər bir qadın öndə tutmalıdır".

Qara rəngi yetərincə xarakterizə edən müğənni, daha sonra fotokameramızın qarşısına keçib, cazibədarlığını nümayiş etdirməkdən də çəkinmədi. Brend geyim markalarından olan libası ilə göz qamaşdıran Röya libasının qiyməti ilə bağlı danışmaq istəmədi. Ona görə də heç bir əlavə şərh vermədən ifası, şıltaqlığı və ən əsası - məxməri səsi ilə pərəstişkarlarını sevindirən sənətçinin fotosessiyasını təqdim etməyi lazım bilirik.


Geri qayıt