Əsas Səhifə > Ölkə > HANSI MƏMURUN ŞƏXSİ TƏYYARƏSİ VAR?

HANSI MƏMURUN ŞƏXSİ TƏYYARƏSİ VAR?


2-03-2012, 12:11
HANSI MƏMURUN ŞƏXSİ TƏYYARƏSİ VAR?

KİÇİK TUTUMLU 4 ƏDƏD TƏYYARƏ KİMƏ MƏXSUSDUR?

Dünyanın inkişaf etmiş ölkələrində varlı adamlar, milyonçular şəxsi təyyarələrə malikdirlər. Dəyəri bir neçə on, hətta yüz milyon dollarla ölçülən şəxsi təyyarələr bu insanların təkcə xarici səfərləri zamanı deyil, həm də ölkədaxili səyahətlərində istifadə olunur.

Modern.az saytının məlumatına görə, Azərbaycanda da mülki şəxslərə hava nəqliyyatı vasitələrinin idarə olunmasına icazə verilməsi istiqamətində addım atılıb. Belə ki, bununla bağlı qanun latyihəsi hazırlanır. Həmin qanun qüvvəyə minəndən sonra Azərbaycanda imkanlı adamlar şəxsi təyyarə və helikopterlər ala biləcəklər.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından (ADMAA) Modern.az saytına hazırda Azərbaycanda hava nəqliyyatından istifadəyə dair yalnız «Aviasiya haqqında» qanun qüvvədədir ki, o sənəddə fizki şəxslərə təyyarə almaqla bağlı müddəalar nəzərdə tutulmayıb.
Lakin Dövlət Mülki Aviasiya Administrasiyasının apardığı araşdırma məlum edib ki, Azərbaycanda şəxsi təyyarələrə tələbat varmış.

Administrasiyadan Modern.az saytına bildirilib ki, qurum hazırda "Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı" üzərində işləyir. Qurumdan deyilib ki, sənəd təkmil variantı hazır olandan sonra onu Nazirlər Kabinətinə təqdim edəcəklər. Həmin sənəd təsdiqlənəndən sonra Azərbaycanda şəxsi təyyarələr almaq istəyənlərə icazə veriləcək.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası helikopter və təyyarə alınmasına icazə verilməzdən əvvəl hava limanlarının imkanlarını da araşdırır. Şəxsi təyyarələri hansı limanlar qəbul etmək, yanacaq vermək imkanlarına malikdir, onlar hansı hündürlüklərdə uçacaqlar və s. Bu qaydalarla yüngül təyyarələr üçün şərtlər müəyyənləşdiriləcək.

ADMAA-dan Modern.az-a bildiriblər ki, şəxsi təyyarələrin enməsi üçün Azərbaycanda hava limanları öz imkanlarına baxmalıdır, hələki belə limanlar mövcud deyil.

Azərbaycanda bir neçə şəxsi təyyarənin olduğu barədə informasiyanı dəqiqləşdirməyə çalışan əməkdaşımıza Administrasiyadan deyilib ki, ölkədə kiminsə adına şəxsi təyyarə qeydiyyata alınmayıb. Amma şəxsi təyyarə tipində kiçik tutumlu 4 hava gəmisi mövcuddur.

“Ölkədə bu tip təyyarələr hələki yoxdur. Şəxsi təyyarə sayılmasa da, “Qolfstrim” tipli kiçik tutumlu 4 ədəd təyarrə qeydə alınıb. Onlardan 1-i “Azərbaycan Hava Yolları”-na, 3-ü isə “Silkway Holdinq” şirkətinə məxsusdur”.


Geri qayıt