Əsas Səhifə > Dünya > İNGİLTƏRƏ “ŞİMAL AXINI” LAYİHƏSİNƏ QOŞULUR

İNGİLTƏRƏ “ŞİMAL AXINI” LAYİHƏSİNƏ QOŞULUR


2-03-2012, 11:35
İNGİLTƏRƏ “ŞİMAL AXINI” LAYİHƏSİNƏ QOŞULUR

RUSİYA VƏ BİRLƏŞMİŞ KRALLIQ DANIŞIQLAR APARIR

Bu haqda Rusiya baş naziri Vladimir Putin xarici mətbuat orqanlarının redaktorları ilə görüşündə bildirib. “İngiltərə tədricən qaz ixracatçısına çevrilir. Bizim digər ciddi layihələrimiz də mövcuddur və mən ümid edirəm ki, iki ölkə arasında iqtisadi-ticarət əlaqələri genişlənəcək”, - deyə baş nazir bildirib.

“Şimal axını” rus-alman qaz magistralıdır. Bu magistral 1224 km olmaqla dünyanın ən uzun dəniz qaz kəməridir. Bu xəttin köməkliyi ilə rus qazı birbaşa Almaniyaya və oradan da bütün Qərbi Avropa ölkələrinə ötürülür.


Geri qayıt