Əsas Səhifə > Hadisə > METAL ƏRİTMƏ SEXİ PARTLADI

METAL ƏRİTMƏ SEXİ PARTLADI


2-03-2012, 10:51
METAL ƏRİTMƏ SEXİ PARTLADI

40 YAŞLI İŞÇİ NƏTİCƏDƏ DÜNYASINI DƏYİŞİB

Bakıda metal əritmə sexində partlayış olub.

Bu barədə APA-ya Qaradağ Rayon Polis İdarəsindən bildirilib.

Hadisə Qobustan qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində fəaliyyət göstərən metal əritmə sexində baş verən partlayış nəticəsində orada işləyən bir nəfər – 40 yaşlı Əbülfət Əzim oğlu Rəsulov xəsarət alıb. Təcilli olaraq xəstəxanaya yerləşdirilən yaralı aldığı xəsarətdən orada dünyasını dəyişib.

Geri qayıt