Əsas Səhifə > Ölkə > NEFT ŞİRKƏTİNİN YENİ FIRILDAĞI
NEFT ŞİRKƏTİNİN YENİ FIRILDAĞI5-10-2011, 14:22 |
GƏNCLƏRİN TƏHSİLİ ADI ALTINDA 15 MİLYON PUL YEYİLƏCƏK Azərbaycan gənclərinin xaricdə təhsil alması üçün bu il Dövlət Neft Fondundan 15 milyon manat vəsait ayrılıb. APA-nın məlumatına görə, bu barədə təhsil nazirinin müavini Qulu Novruzov bildirib. Nazir müavini deyib ki, həmin vəsait Azərbaycan gənclərinin yaşayış, təhsil, sığorta və illik gediş-gəliş xərclərinə sərf olunur: “Elə tələbələrimiz var ki, il ərzində onların yaşayış və təhsil xərclərinə 50-60 min avro xərclənir”. Nazir müavini qeyd edib ki, hazırda Azərbaycandan kənarda 10 minə yaxın təhsil alan var. Onlardan çoxu öz vəsaiti hesabına təhsil alır. Ümumiyyətlə, isə xaricdə təhsilə ictimaiyyətdə maraq böyükdür. “2007-2015-ci illərdə xaricdə təhsillə bağlı Dövlət Proqramı”nın icrasına başlanandan sonra bu maraq daha da artıb. Ziya Yusifov Geri qayıt |