Əsas Səhifə > Cəmiyyət > ƏSGƏRLƏRLƏ SAKİNLƏR ARASINDA QANLI TOQQUŞMALAR

ƏSGƏRLƏRLƏ SAKİNLƏR ARASINDA QANLI TOQQUŞMALAR


1-03-2012, 16:47
ƏSGƏRLƏRLƏ SAKİNLƏR ARASINDA QANLI TOQQUŞMALAR

DEPUTAT DA QUBALILARI ALDATDI

Qubada yenidən etiraz aksiyası başlayıb. APA-nın hadisə yerindəki müxbirinin məlumatına görə, etiraz aksiyasının bir qrup iştirakçısı rayon Polis Şöbəsinin binası qarşısına gələrək aksiyada saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb ediblər.

APA-nın şimal bürosunun xəbərinə görə, Qubadan olan millət vəkili Vahid Əhmədov aksiya iştirakçılarının qarşısına çıxıb. Deputat onlara problemlərin həll olunacağını deyib. Onlardan 5 nəfər danışıq aparmaq üçün Polis Şöbəsinə dəvət olunub.

Lakin bir az sonra polis şöbəsinin qarşısına daxili qoşunların əməkdaşları gəlib və toqquşma olub. Daxili qoşunların əsgərləri ilə aksiya iştirakçıları arasında toqquşma olub. Aksiya iştirakçılarından bir neçəsi daş atıb, digərləri isə onları daş atmamağa çağırıb, əsgərlər isə aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə
edib. Toqquşma davam edir. Əsgərlər arasında xəsarət alanlar var.


Geri qayıt