Əsas Səhifə > Ölkə > GƏNCƏNİN POLİS RƏİSİ VƏKİLİ TƏHQİR ETDİ

GƏNCƏNİN POLİS RƏİSİ VƏKİLİ TƏHQİR ETDİ


1-03-2012, 16:19
GƏNCƏNİN POLİS RƏİSİ VƏKİLİ TƏHQİR ETDİ

RASİM MUSAYEV GƏNCƏDƏ AT OYNADIR

Bu yaxınlarda həbs edilən gəncəli iki dindar Asəf Zeynalov və İlham Əkbərovun təyin edilmiş yeni vəkili Nemət Kərimli, Gəncə Baş Polis İdarəsinin rəis Rasim Musayev tərəfindən təhqir olunub. Bu barədə FaktXeber.com-a həbs edilən Gəncəli ruhanilərin müdafiə komitəsinin rəhbəri vəkil Elçin Namazov məlumat verib.

“Nemət Kərimli dindarlar görüş üçün polis idarəsində olarkən, Rasim Musayevin yanına aparılıb. Nemət Kərimli polis rəisi tərəfindən söyülərək təhqir edilib. Rasim Musayev bildirib ki, sənin vəkilliyinə ehtiyac yoxdur. Həbs olunan şəxslərin hər ikisinə istintaq idarəsi özü vəkil təyin edib.”-deyə Elçin Namazov əlavə edib.

Dindarların ailələrinin verdiyi etibarnamə ilə vəkil Nemət Kərimli ilə müqavilə bağladığını qeyd edən vəkil Elçin Namazov, hazırda Rasim Musayevin həyata keçirdiyi qanunsuzluqla bağlı baş prokurorluq və Ombudsman aparatına məlumat verdiklərini bildirib. “ Hazırda Nemət Kərimli Gəncə şəhər prokuroru ilə görüşərək baş vermiş qanunsuzluqla bağlı məlumat verib.”

Qeyd edək ki, obyektivlik üçün qarşı tərəfin də fikirini işıqlandırmağa hazırıq.


Geri qayıt