Əsas Səhifə > Cəmiyyət, Manşet > KƏRƏM HƏSƏNOVDAN NÖVBƏTİ QALMAQAL
KƏRƏM HƏSƏNOVDAN NÖVBƏTİ QALMAQAL1-03-2012, 16:02 |
KOMİTƏ SƏDRİNİN DEPUTAT QARDAŞI TÜRK ŞİRKƏTİNƏ 7 MİLYON MANAT ATIB DİA.AZ: - Azərbaycan mətbuatı zaman-zaman Türkiyə şirkətlərinə qarşı qanunsuzluqlar barədə yazıb. Onlarla türk iş adamı məmurların təziyqlərindən, bürokratik əngəllərdən ölkəmizdəki fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Buna misal kimi prezident səviyyəsində ölkəyə dəvət olunmuş «Barmek» MMC-nin sonradan qalmaqallı şəkildə qovulmasını göstərmək olar. İş adamlarının problemləri çox vaxt hətta ölkə rəhbərlikləri səviyyəsinə qalxsa da, həll olunmur. Azərbaycanda ilk şüşəli binanı inşa edən «Turanlı» Holdinq də iri ranqlı məmurların hədəfinə tuş gələrək ölkədən gedib. İndi isə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun nəzarətində olan «Azinko» Holdinqin Türkiyənin məhşur «Dədəman Turizm» Holdinqini Bakıda əməlli-başlı dolaşığa salıb. Bu barədə DİA.AZ-a daxil olan məlumatda bildirilir ki, Kərəm Həsənovun deputat qardaşı Malik Həsənovun rəhbərlik etdiyi «Azinko» Holdinq Bilgə qəsəbəsində «Dədəman Turizm» Holdinqlə birgə «Jumeirah Bilgah Beach Hotel» adlı dəbdəbəli hotel inşa etdirib. Ölkə başçısı İlham Əliyev də hotelin açılışına qatılıb və onun səviyyəsindən razılığını bildirib. Mənbə bildirib ki, hotelin inşası üçün «Azinko» «Dədəman Turizm» Holdinqə 7 milyon manat vəsait verməli olduğu halda borcunu ödəməkdən boyun qaçırır. Hotelin kondisioner və digər inşaat işlərini «Dədəman» Holdinq həyata keçirib. Holdinqin rəhbəri Murat Dədəman «Azinko»dan pulunu almaq üçün Kərəm Həsənovun qəbulunda olsa da, ona rədd cavabı verilib. Türk iş adamını təhdid edən komitə sədrinin yaxınları ondan Azərbaycanı tərk etməyi tələb ediblər. Mənbə bildirib ki, məsələ artıq Türkiyə hökumətinin diqqətinə çatdırılıb. Türkiyənin Bakıdakı səfiri Hulusi Kılıc problemi həll etmək üçün müxtəlif səviyyələrdə danışıqlar aparır. Ancaq hələlik, bir nəticə yoxdur. Xatırladaq ki, hotelin açılışı zamanı verilən rəsmi məlumatda tikintinin «Azinko» Holdinq şirkəti tərəfindən həyata keçirildiyi bildirilib. Məlumata görə, hotel 12 hektar əraziyə sahibdir. Burada inşa edilmiş tikililərin ümumi sahəsi 73,6 min kvadratmetrdir. Hotel binasının sahəsi isə 54 min kvadratmetrdir. 20 mərtəbədən ibarət hoteldə ən müasir standartlara cavab verən texnologiya quraşdırılıb. Geri qayıt |