Əsas Səhifə > Sosial, Manşet > SƏMƏD SƏMƏDOV NECƏ XALQ ARTİSTİ OLUB?

SƏMƏD SƏMƏDOV NECƏ XALQ ARTİSTİ OLUB?


5-10-2011, 14:09
SƏMƏD SƏMƏDOV NECƏ XALQ ARTİSTİ OLUB?

BU İŞDƏ ARAZ AĞALAROVUN ADI ÇƏKİLİR

DİA.AZ: - Bu yaxınlarda xalq artisti adı kimi böyük bir mükafata layiq görülən Səməd Səmədovun bu şəkildə təltifi mədəniyyət aləmində olduğu kimi, cəmyyətdə də birmənalı qarşılanmadı. Əslində, mədəniyyət sahəsinə dövlətin (daha dəqiqi, mövcud hakimiyyətin) bu vaxta qədər nümayiş etdirdiyi münasibətin ardından, yəni layiq olmayanlara al dövlət mükafatlarının dəyərsiz şəkildə paylanması fonunda əməd Səmədovun da xalq artisti statusuna layiq görülməsi kimsədə təəccüb yaratmamalı idi. Yəni bir növ buna cəmiyyətdə artıq immunitet yaranmalı idi.

Amma görünür ki, yaranmayıbmış və müxtəlif ali dövlət mükafatlarının layiq olmayan səviyyədə paylaşdırılması cəmiyyətlə yanaşı, mədəniyyət sahəsində olanlarda ciddi narahatçılıq yaratmaqdadır.

«Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) daxil olan informasiyada olduqca ilginc faktlar açıqlanıb. Mədəniyyət və turizm nazirliyindəki mötəbər mənbə bildirir ki, əslində Səməd Səmədovun xalq artisti adını heç də mətbuatda iddia olunduğu kimi İlhamə Quliyevanın hesabına almayıb:

«Bu işdə prezident ailəsinin qohumu Araz Ağalarovu müstəsna rolu var və Araz Ağalarov Səməd Səmədovla qohumluq əlaqələrinə malikdir».

Qeyd edək ki, prezidentin böyük qızının qaynatası olan Araz Ağalarov tanınmış iş adamıdır və o əslən yəhudidir. Səməd Səmədovun da Bakı yəhudilərindən olduğu faktdır. Mənbəyə görə, məhz bu əlaqələri toy səviyyəsindən yuxarı qalxmayan Səməd Səmədovun ali dövlət mükafatına layiq görülməsinə nədən olub.

Geri qayıt