Əsas Səhifə > Ölkə > BU DƏFƏ ƏFV OLMAYACAQ
BU DƏFƏ ƏFV OLMAYACAQ5-10-2011, 13:35 |
18 OKTYABR TARİXİ HEÇ NƏYİ DƏYİŞMİR Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı Milli Məclisin amnistiya aktı qəbul edəcəyi gözlənilsə də, sonradan bu məsələ gündəmdən çıxarıldı. Parlamentin Dövlət quruculuğu və hüquq siyasəti komitəsindən Modern.az-a bununla bağlı verilən məlumat sonradan təkzib olundu. Bununla da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın bir neçə ay öncə amnistiya aktının qəbulu ilə bağlı təklifi Milli Məclis tərəfindən geri qaytarılıb. Modern.az saytının xəbərinə görə, Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı əfv sərəncamı və ya fərmanı da verilməyəcək. Prezident yanında Əfv komissiyasının adının çəkilməməsini istəyən üzvü saytımıza bildirib ki, dövlət müstəqilliyinin bərpasının 20 illiyinə az qalır, 18 oktyabrda qeyd olunacaq tarixlə əlaqədar məhkumların əfvi gözlənilmir. Müsahibimiz son vaxtlar Əfv komissiyasının iclasının da keçirilmədiyini vurğulayıb: “Elə iclaslar keçirilmədiyinə görə də deyə bilərəm ki əfv olmayacaq” İndiyədək Azərbaycanda 48 əfv fərmanı və sərəncamı verilib. Geri qayıt |