Əsas Səhifə > Ölkə, Manşet > AZƏRBAYCAN DAHA 3 MİLYARDLIQ SİLAH ALIR

AZƏRBAYCAN DAHA 3 MİLYARDLIQ SİLAH ALIR


29-02-2012, 16:51
AZƏRBAYCAN DAHA 3 MİLYARDLIQ SİLAH ALIR

PAKİSTANLA ÖLKƏMİZ ARASINDA YENİ HƏRBİ SAZİŞ İMZALANIB

DİA.AZ: - Məlum olduğu kimi Pakistanın bir qrup parlamentarisi Bakıdadırlar və onlar Azərbaycanda bir sıra mühüm görüşlər keçirməklə yanaşı, Pakistan-Azərbaycan dostluğu ilə bağlı çox ciddi mesajlar da veriblər. Qeyd edək ki, Pakistandan gələn nümayəndə heyətinə bu ölkənin senatının sədr müavini Mir Can Camali rəhbərlik edir.

Diplomatik qaynaqlardan DİA.AZ-a ötürülən xəbərə görə, Mir Can Camalinin Azərbaycana səfəri heç də səbəbsiz deyil. Bildirək ki, Mir Can Camali ilə yanaşı Azərbaycana başqa bir pakistanlı qonaq da gəlib ki, bu barədə məlumatlar heç də geniş ictimaiyyətə açıqlanmır. Daha doğrusu, həmin səfərlə bağlı daha az məlumatın verilməsinə çalışılır.

Həmin şəxs Pakistan Silahlı Qüvvələri Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri Xalid Şamim Vayndır. Bildirək ki, general Vayn 26 fevral tarixində səfərə çıxıb və Özbəkistan və Türkmənistanda olub, bu gün isə Azərbaycana gəlib.

Rəsmi qaynaqların bilgisinə görə, səfərdə məqsəd Pakistanla adıçəkilən ölkələr arasında hərbi sahədə əməkdaşlığın perspektivlərini müzakirə etməkdir.

Mənbələrin bildirdiklərindən belə aydın olur ki, Azərbaycanla Pakistan arasında yeni hərbi saziş imzalanıb və ölkəmiz Pakistandan 3 milyard ABŞ dolları qiymətində silah almağa hazırlaşır.

Onu da qeyd edək ki, bu günlərdə Azərbaycanın İsraildən də 1 milyard 600 milyon dollarlıq silah almağa hazırlaşdığı məlum olmuşdu ki, bu faktla bağlı da ölkəmizin İrandakı səfiri rəsmi Tehran tərəfindən sorğu-suala çəklmişdi.

Bu sorğu-sualın səbəbləri ilə bağlı redaksiyamızı bilgiləndirən mənbə idida edir ki, Azərbaycan İsraildən daha çox regional müharibəyə uymayan silahlar alıb ki, bu da İranı narahat edib. Yəni İsraildən alınan silahların Ermənistanla müharibədə səmərəsi daha azdır, yəni uzaqməsafəli hərbi əməliyyatlar üçün nəzərdə tutulan silahlardır.

İndi isə Azərbaycanın Pakistandan da silah almağa hazırlaşdığı məlum olur. Bütün bunlar isə ölkəmizin müharibə tədarükündə olmasını təsdiqləməkdədir və bu faktın Ermənistanda da böyük ajiotaj yaradacağı şübhəsizdir.


Geri qayıt