Əsas Səhifə > Güney Press, Üçüncü sektor > “BAKCELL” YAP-LA BAĞLI AÇIQLAMA VERİR

“BAKCELL” YAP-LA BAĞLI AÇIQLAMA VERİR


29-02-2012, 16:36
“BAKCELL” YAP-LA BAĞLI AÇIQLAMA VERİR

MOBİL OPERATOR İZAHAT VERƏCƏK

“Bakcell” şirkəti Yeni Azərbaycan Partiyası üzvlərinə təklif etdiyi tarif paketi ilə bağlı rəsmi açıqlama yaymağa hazırlaşır. Bu barədə Modern.az-a şirkətdən məlumat veriblər.

Qeyd edək ki,Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkətinin Yeni Azərbaycan Partiyası üzvlərinə ayrıca tarif paketi təklif etməsi digər siyasi partiyalar tərəfindən narazılıqla qarşılanıb.

Yayılan məlumata görə, “Bakcell”in tarif paketində YAP üzvləri üçün aylıq abunə haqqı 55 qəpik, ölkə daxili zənglərin 1 dəqiqəsi 5 qəpik, partiya üzvləri arasında danışığın qiyməti isə 2 qəpikdir. Digər abonentlər üçün isə standart paketdə bir dəqiqə danışığın qiyməti 8 qəpikdir.


Geri qayıt