Əsas Səhifə > Cəmiyyət > ZİYA MƏMMƏDOV BƏYLƏR ƏYYUBOVDAN QORXUR
ZİYA MƏMMƏDOV BƏYLƏR ƏYYUBOVDAN QORXUR29-02-2012, 16:26 |
YOXSA TAKSİNİN RƏNGLƏRİ “AĞARMAZDI”? Bakıda taksilərin rənginə tələblər 20 dekabr 2010-cu ildə qəbul edilən standartlarla müəyyən edilib. Nəqliyyat Nazirliyinin bunu necə tətbiq etməsi barədə sual bu quruma ünvanlanmalıdır, - deyə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin texniki tənzimləmə və standartlaşdırma şöbəsinin rəisi Namiq Tağıyev Turan-a bildirib. Standartda yalnız bənövşəyi rəng müəyyən edilsə də, Nəqliyyat Nazirliyi ağ rəngin istifadəsinə də imkan verir. Turan-ın müxbiri ilə söhbətində Nəqliyyat Nazirliyinin katibliyinin rəisi Namiq Həsənov bildirib ki, taksilərin rəngini tənzimləyən başqa bir sənəd yoxdur. "Biz keçid dövründə ağ rəngə icazə vermişik ki, bu gün Bakıda taksi xidməti bazarında xaosu aradan qaldıraq. Taksiçilər avtomobillərini ağ rənglə rəngləyə bilərlər". Nəqliyyat Nazirliyinin təmsilçisi "keçid dövrü"nün müddəti barədə suala cavab verə bilməyib. Standarta əsasən, ağ rəng Sumqayıt taksilərinin rəngidir. Bəs bu halda necə olacaq, sualına da Namiq Həsənov cavab verə bilməyib. Həsənov bildirib ki, Bakıda 5 minə qədər taksi olacaq. "Nəqliyyat Nazirliyi bundan artıq lisenziya verməyəcək". Həsənov hazırda Bakıda nə qədər taksiyə lisenziya verildiyi barədə suala cavab verə bilməyib. Qeyd edək ki, Nəqliyyat Nazirliyi mayın 1-də müxtəlif rəngli taksilərə göz yummayacağı barədə taksi sürücülərinə xəbərdarlıq edib. Onu da bildirək ki, nəqliyyat nazirliyinin taksilərin rəngi məsələsində güzəştə getməsi başqa çəkildə izah olunur. Bu barədə yayılan xəbərlərdə deyilir ki, əslində NN-ni geriyə addım atdıran şəxs adı son zamanlar qalmaqallı hadisələrdə hallandırılan Robert Əyyubov olub. Belə ki, Bakıya gətirilən ağ rəngli taksilərin məhz ona məxsus olduğu bildirilir. Təbii ki, Bəylər Əyyubov kimi arxası olan Robert Əyyubovun bu addımının qarşısında hətta Ziya Məmmədov kimi hakimiyyət avtoriteti də duruş gətirə bilməzdi. Geri qayıt |