Əsas Səhifə > Cəmiyyət, Manşet > CAVANŞİR FEYZİYEV SIRADAN ÇIXARILIR
CAVANŞİR FEYZİYEV SIRADAN ÇIXARILIR29-02-2012, 16:20 |
«AVROMED»DƏ VERGİLƏR NAZİRLİYİ TƏRƏFİNDƏN YOXLAMALAR BAŞLAYIB DİA.AZ: - Ölkənin ən iri dərman satan şirkəti hesab olunan və Cənubi Qafqaz ərazisində ən böük dərman deposuna malik olan «Avromed» şirkəti çökdürülür. Bu barədə redaksiyamıza məlumat səhiyyə nazirliyindəki məlumatlı mənbələr tərəfindən ötürülüb. DİA.AZ-a verilən xəbərdə qeyd olunur ki, «Avromed»ə qarşı hərəkətlənmənin sifarişi birbaşa olaraq «yuxarılar» tərəfindən verilib: «Bu işdə maraqlı olan nazir var. Neçə müddətdir ki, «Avromed» rəhbərliyinə «şirkətini sat» ismarıcı yollanılsa da, bütün bu xəbərdarlıqlar qulaqardına vurulur. İndi isə həmin nazir digər yollarla ən böyük dərman satan firmanı ələ keçirməyə girişib». Xatırladaq ki, «Avromed» şirkətinə 2010-cu ilin parlament seçkiləri zamanı Şəkidən deputat seçilmiş Cavanşir Feyziyev rəhbərlik edir. 200 adda dərmanın ölkəyə gətirilməsinə ditsribütorluq edən «Avromed» şirkətinin səhiyyə nazirliyinin rəhbərliyi ilə çox isti əlaqələrinin olması səbəbindən, bu gün əksər xəstəxanalara məhz «Avromed»in xətti ilə dərman çatdırılır. Hətta mərhum Aqil Əliyevin oğlu İlqar Əliyevin sahibi olduğu «RiadFarm» kimi şirkətlər belə bazarda rəqabəti «Avromed»ə uduzurlar ki, bu da Cavanşir Feyziyevin məlum əlaqələri ilə izahlanır. Redaksiyamıza daxil olan məlumatda isə bildirilir ki, artıq «Avromed»ə əl qoymaq niyyətinə düşən nazir şirkətdə Vergilər Nazirliyinin müfəttişləri tərəfindən yoxlamaların keçirilməsinə də nail ola bilib: «Plan eyni qaydadadır. Yəni bu vaxta qədər hədəfə alınan şirkətlər necə çökdürülübsə, «Avromed»in aqibəti də onlarınkından fərqlənməyəcək». Mənbəmiz onu da əlavə etdi ki, artıq hücumlar səbəbindən Cavanşir Feyziyev «yuxarıdakı» dayaqları ilə təmasa keçərək, özünə dəstək axtarır. Mövzu diqqətimizdədir. Bizi izləyin… Geri qayıt |