Əsas Səhifə > Cəmiyyət > MÜSƏLMAN ÖLKƏLƏRİN HƏRBİ BLOKU YARANA BİLƏR
MÜSƏLMAN ÖLKƏLƏRİN HƏRBİ BLOKU YARANA BİLƏR29-02-2012, 14:20 |
PAKİSTAN TƏRƏFİ BU TƏKLİFİ ETDİ «Ermənistanın Pakistan üzərində heç bir təsiri yoxdur. Çünki biz Ermənistanı bir dövlət olaraq tanımırıq». Bu fikirləri Bakıda keçirdiyi mətbuat konfransında Pakistan Senatının sədr müavini Mir Can Məhəmməd Xan Cəmali bildirib. Pakistanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini müdafiə etdiklərini deyən Cəmali bildirib ki, ölkəsi İKT, İSESCO, BMT çərçivəsində Azərbaycanı dəstəkləyir və dəstəkləməkdə davam edəcək: “Zaman keçdikcə biz bu mövqeyimizi daha da möhkəmləndirəcəyik. Pakistan Fələstin məsələsinə görə İsraili, Qarabağ münaqişəsinə görə Ermənistanı tanımır, Şimali Kipr məsələsində Türkiyənin mövqeyini müdafiə edir”. Senat rəsmisi artıq yaranmış şəraitdə müsəlman ölkələrinin hərbi blokunun yaradılması məsələsinə baxılmaq zamanının yetişdiyini, bunun üçün potensialın mövcud olduğun vurğulayıb: “Qərb dünyası proseslərə ikili standartlarla yanaşır. Xristian dünyasında bir proses baş verəndə dərhal müdaxilə etməyə çalışırlar. Lakin müsəlman dünyasında – Qarabağ, Bosniya və s. yerlərdə baş verənlərə müdaxilə etmirlər. Bununla bağlı BMT-nin qətnamələrini yerinə yetirməyə çalışmırlar”. Geri qayıt |