Əsas Səhifə > Ölkə > «PASPORTSTOL»LA BAĞLI YAZIMIZ REAKSİYA DOĞURDU
«PASPORTSTOL»LA BAĞLI YAZIMIZ REAKSİYA DOĞURDU29-02-2012, 13:22 |
ORXAN MANSURZADƏ: «NÖVBƏLƏRLƏ BAĞLI DEYİLƏNLƏR HƏQİQƏT DEYİL» DİA.AZ: - Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi ilə bağlı təqdim etdiyimiz materiala artıq reaksiya gəlib. Bu barədə DİA.AZ-a açıqlama verən nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadənin söylədiklərindən belə aydın oldu ki, yazıda fakt kimi təqdim olunan məqamların həqiqətə yaxınlığı yoxdur. Sözügedən qurumda vətəndaşların uzun-uzadı növbələrdən şikayətlənməsi ilə bağlı deyilənlərin də həqiqət olmadığını bildirən həmsöhbətimiz məhz bu kimi problemlərin həll olunması üçün çox ciddi işlər görülüb: "Həftənin nəinki tək günləri, hətta bütün günləri vətəndaşlara xidmət göstərilir. Hər gün saat 17.00-a qədər, şənbə günü isə günortaya qədər sənəd qəbulu, həftənin cüt günləri isə pasportların verilməsi prosesi həyata keçirilir. Vətəndaşlar da həmin göstərilən vaxt ərzində həm baş idarəyə və həm də regional şöbələrə müraciət edə, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə öz pasportlarını ala bilərlər". Orxan Mansurzadə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xəzinəsinin binada yerləşməsi ilə bağlı məqama da aydınlıq gətirib: «Əlil, yaşlı insanların, vətəndaşların rahatlığı nəzərə alınaraq inzibati binada dövlət rüsumunun ödənilməsi üçün «KapitalBank»ın Nəsimi rayon filialının iki əməkdaşına müvafiq yer ayrılıb. Bu da sırf olaraq vətəndaşlara xidmətin keyfiyyətinin artırılması məqsədilə atılan addımdır. Bildirim ki, «KapitalBank»ın Nəsimi filialı da yaxınlıqda yerləşir. Bundan əlavə, bankın əsas ofisi də «Azadlıq» prospektindədir. Yəni ödəmələr orada da həyata keçirilə bilər. Bu məqamın da başqa kontekstdə təqdimatı heç də doğru deyil. O ki qaldı ödəmələrin müqabilində tutulan əlavə məbləğə, bunun da Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə heç bir aidiyyatı yoxdur». Geri qayıt |