Əsas Səhifə > Güney Press, Araşdırma > BİŞKEK UĞRUNDA RUSİYA-AZƏRBAYCAN DAVASI

BİŞKEK UĞRUNDA RUSİYA-AZƏRBAYCAN DAVASI


29-02-2012, 12:31
BİŞKEK UĞRUNDA RUSİYA-AZƏRBAYCAN DAVASI

"QAZPROM"LA ARDNŞ QIRĞIZISTANDA TOQQUŞUR

Dövlət Neft Şirkətinin 2013-cü ilin sonuna kimi Qırğızıstanda neft emalı zavodu tikmək arzusu həyata keçməyə bilər: dünən Qırğızıstan parlamentinin komitəsi hökumətlərarası sazişi təsdiqləyib. Ona əsasən "Qazprom neft Asiya" ("Qazprom neft"in törəməsi) neft tədarükü və ölkə daxilində paylanması inhisarçı hüququ əldə edib.

Respublikanın energetika naziri Askarbek Şadiyevin sözlərinə görə, Rusiya inhisarçısı öz törəmə strukturları ilə Qırğızıstana neft tədarük edəcək. Şirkət tədarükə nəzarət edəcək, çünki ölkədə satılan neftin Tacikistana satılmasından şübhələnir.

Sazişə əsasən, heç bir treyder Qırğızıstana "Qazprom neft"in icazəsi olmadan neft tədarük edə bilməz.

"İnterfaks"ın məlumatına görə, Qırğızıstanın neft məhsullarına tələbatı ildə 1 mln tondur. 2011-ci ildə "Qazprom" ölkəyə 700 min ton tədarük edib, başqa treyderlər isə daha 150 min ton satıb. "Qazprom neft Asiya" ölkədə YDM şəbəkəsinə malikdir. Bu neft məhsulları Omsk və Salavat NEZ-lərindən tədarük edilir.

Qazaxıstan NEZ-lərində məhsul satan əsas rəqiblər, o cümlədən Şımkent NEZ ("PetroQazaxıstan"), Pavlodar və Atırau NEZ ("KazMunay Qaz") hazırda Qazaxıstandakı bir sıra iqtisadi səbəblər üzündən, o cümlədən ixraca uzunmüddətli qadağa ilə bağlı, həmçinin Qırğızıstan bazarı uğrunda mübarizədə "Qazprom neft Asiya" ilə rəqabətə davam gətirməyərək ölkəni tərk edib.

Xatırladaq ki, 19 yanvar 2012-ci ildə Bişkekdə ölkə prezidenti Almazbek Atambayevlə Rövnəq Abdullayevin görüşündə tərəflər Qırğızıstan ərazisində gücü ildə 2 mın ton olan NEZ tikintisi barədə prinsipial razılığa gəliblər. Prezident Atambayevin mətbuat xidmətinin məlumatına görə, sonuncu energetika nazirinə tapşırıb ki, "NEZ tikintisinə tam dəstək versin, bu, ölkə bazarına neft məhsulları tədarükünü şaxələndirməyə imkan verər".


Geri qayıt