Əsas Səhifə > Hadisə > SƏRNİŞİN AVTOBUSU AŞDI

SƏRNİŞİN AVTOBUSU AŞDI


5-10-2011, 13:10
SƏRNİŞİN AVTOBUSU AŞDI

NƏTİCƏDƏ 12 NƏFƏR YARALANIB

Bakı-Quba yolunun 160-cı kilometrliyində, Quba rayonunun Qaraçay kəndi ərazisində sərnişin avtobusu aşıb.

APA-nın şimal bürosunun xəbərinə görə, 90 JM 385 dövlət nömrə nişanlı “Temsa” markalı sərnişin avtobusu 10 XS 251 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə “Mercedes” 4 metr hündürlükdən dərəyə aşıb. Sərnişin avtobusu isə aşaraq yolda 15 metrədək sürüşüb. 12 nəfərin yaralandığı bildirilir. Yaralılar xəstəxanaya çatdırılır. Onlardan 5-nin vəziyyəti ağırdır.

Geri qayıt