Əsas Səhifə > Dünya > "AĞIL AĞILSIZLIĞA ÜSTÜN GƏLDİ”

"AĞIL AĞILSIZLIĞA ÜSTÜN GƏLDİ”


29-02-2012, 11:57
"AĞIL AĞILSIZLIĞA ÜSTÜN GƏLDİ”

DAVUDOĞLU: “TARİXİ SƏHVDƏN DÖNÜLDÜ"

Türkiyə hökumətindən Fransa Konstitusiya Şurasının qərarı ilə bağlı ilk açıqlamalar gəlməyə başlayıb.

Baş nazirin müavini Bülənt Arınç qərarı "Twitter"də dəyərləndirib: "Tarixi mühakimə etmək həvəsində olan bir qrup qaragüruh fransız siyasətçilərinin inadına soyuqqanlı, amma qərarlı diplomatik mübarizə apardıq. Konstitusiya Şurası da siyasi qayğılardan uzaq, doğru bir qərar verib. Bu qərar Fransa ilə Türkiyə arasında baş verə biləcək böhranın qarşısını alıb. Ümid edirəm ki, bu qərar hüquqa zidd təşəbbüslər üçün böyük bir dərs olar".

Xarici işlər naziri Əhməd Davudoğlu isə "Fransa Konstitusiya Şurasının Fransa Konstitusiyasının bəşəri insan haqları anlayışına və hamımızın müdafiə etdiyi Avropa dəyərlərinə uyğun qərar verib. Bu baxımdan Konstitusiya Şurasını təbrik edirik" deyib.

Avropa Birliyi naziri Egemen Bağış isə Fransada lazım olan addımın atıldığını bildirib: "Ağıl ağılsızlığa qalib gəldi və tarixi bir səhvdən dönüldü. Seçki təzyiqlərinə baxmayaraq hüquq və məntiq qazandı".


Geri qayıt