Əsas Səhifə > Ölkə, Manşet > FƏRHAD ƏLİYEV ƏMLAKINI SATDI

FƏRHAD ƏLİYEV ƏMLAKINI SATDI


28-02-2012, 16:36
FƏRHAD ƏLİYEV ƏMLAKINI SATDI

SABİQ İQTİSADİ İNKİŞAF NAZİRİNİN MÜƏSSİSƏLƏRİ FOND BAZARINDA SATILIB

DİA.AZ: - Birjadankənar bazarda 3 səhmdar cəmiyyətinin səhm nəzarət paketinin alqı-satqısı üzrə sövdələşmə olub. Onlar 2005-ci ilin sonuna kimi nominal olaraq sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin etibar etdiyi adamların adına sənədləşdirilib. O, 2005-ci ildə həbs ediləndən sonra bütün əmlakı, o cümlədən 10 SC-nin səhmləri icbari şəkildə başqa adamların adına keçirilib.

Səhm nəzarət paketinin alqı-satqısı üzrə sövdələşmə eyni gündə eyni broker kontorunda – “Caspian Financial ltd” MMC-də bağlanılıb. Bu, onu göstərir ki, razılıq bir mərkəzdən verilib. Qeyri-rəsmi məlumata görə, 7 ildir həbsdə olan Fərhad Əliyev özü halallıq verib. Məhkəmə onu əsasən korrupsiya ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edib. Əvvəlcə onu dövlət çevrilişi hazırlamaqda ittiham edirdilər.

Əqdlər bu ASC-lərin səhmləri üzrə bağlanılıb:

- “Bakı Yoltikintiservis“: 923855 ədəd və ya nizamnamə kapitalının 94,7%-i;

- “Daş Salahlı Bentonit”: 137884 ədəd və ya 90,1%;

- “Azinşaat Sənaye”: 115 463 ədəd və ya 98,3%.

Səhmlər nominal qiymətə - 2 manata sənədləşdirilib. Bu SC-lərin nizamnamə kapitalı 975 475, 152 912 və 117 437 manatdır. Üç qeyd edilən SC-dən faktik olaraq biri - “Daş Salahlı Bentonit” fəaliyyətdədir. Azərbaycan-Rusiya BM-i ”Azrosprominvest”in 50% pay iştirakı bu müəssisəyə məxsusdur. Müəssisənin Direktorlar Şurasının sədri Natiq Şirinzadənin sözlərinə görə, Qazaxda bentonit istehsalına $26 mln vəsait qoyulub.

Geri qayıt