Əsas Səhifə > Cəmiyyət > BAYILDA HƏYƏCANLI ANLAR
BAYILDA HƏYƏCANLI ANLAR28-02-2012, 14:22 |
POLİS SAKİNLƏRİ ZORLA EVLƏRİNDƏN ÇIXARDI Fevralın 28-də Bayıl qəsəbəsi, Aqil Quliyev 4 ünvanındakı sonuncu binanın sakinlərinin köçürülməsinə başlanıb. Həmin ünvanda 3 ailə qalmışdı. Hadisə yerində olan müxbirimiz bildirir ki, Çevik Polis Alayının əməkdaşları sakinləri mənzillərindən zorla çıxardıblar. Jurnalistlər də ərazidən kobud şəkildə kənarlaşdırılıb. Sakinlər arasında vəziyyəti pisləşən olduğundan əraziyə təcili yardım maşını gəlib. Sakinlər evdən uzaqlaşandan sonra mənzillərin uçurulmasına başlanılıb. Bundan sonra saxlananlar buraxılıb. Bakı-Ələt yolunun yenidən qurulması ilə əlaqədar Bayıl qəsəbəsində hərbçi ailələrinin evləri sökülür. Geri qayıt |