Əsas Səhifə > Üçüncü sektor > “TƏMİZ DÜNYA”NIN 2 YAŞLI TƏMİZ İŞİ

“TƏMİZ DÜNYA”NIN 2 YAŞLI TƏMİZ İŞİ


28-02-2012, 13:57
“TƏMİZ DÜNYA”NIN 2 YAŞLI TƏMİZ İŞİ

QADINLAR ÜÇÜN HÜQUQ KLİNİKASININ 2 İLİ TAMAM OLDU

Zorakılıq qurbanı qadınlara xidmət göstərən hüquq klinikasının 2 ili tamam oldu. “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin nəznində fəaliyyət göstərən hüquq klinikası çalışdığı iki il ərzində 648 qadına hüquqi yardım göstərilib. Təşkilatdan verilən məlumata görə həmin qadınlar əsasən yaxınları tərəfindən zorakılığa məruz qalanlardır. Müraciət edən qadınlar daha çox boşanma və aliment məsələlərində, zorakılığa görə polis və hüquq muhafizə orqanlarında hüquqlarının müdafiəsi ilə təmin olunub. Qadınların mülkiyyət hüquqlarının əlindən alınması ilə bağlı zorakılığın artması hüquq klinikasında 2012 –ci il üçün aparıcı problem kimi davam edir. Zorakılığın növləri isə müxtəlif olub. Psixoloji, iqtisadi, fiziki zorakılığa məruz qalmış qadınların problemləri klinikada hüquq müstəvisində həll olunub. Hüquq klinikasından daha çox qadının bəhrələnməsi üçün mətbuatda mütəmadi olaraq məlumatlandırılmanı yaymağın vacib olduğunu bildirən təşkilat rəhbərliyi media nümayəndələrinin bu sahəyə diqqət ayırmasını qadınlara qarşı zorakılıqla mübarizədə başlıca amillərdən hesab olunduğunu qeyd etdi.
Hüquq klinikası haqda məlumatlı hər kəsin sosial məsuliyyət hiss etməsi, ətrafında zorakılıq görən qadınları məsələnin hüquq müstəvisində həll olunması üçün maarifləndirmək vətəndaşlıq borcudur.
Hüquq klinikasının ünvanı və əlaqə telefonları aşağıdakılardır:
Ünvan : Bakı şəhəri İçəri şəhər, Məmmədyarov küçəsi 18, mənzil 5
(giriş İçəri şəhər metrosunun arxasıdandır)
Telefon (+994 12) 511 11 51
(+994 12 497 10 58
E- mail : [email protected]

Geri qayıt