Əsas Səhifə > Ölkə > KƏMALƏDDİN HEYDƏROV BİZNESİNİ GENİŞLƏNDİRİR
KƏMALƏDDİN HEYDƏROV BİZNESİNİ GENİŞLƏNDİRİR4-10-2011, 18:08 |
FHN ŞEFİ TİCARƏT ŞİRKƏTİ YARADIR Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailəsi biznesini genişləndirir. Bu dəfə Heydərovun oğulları Bakıda ticarət şirkəti yaradıblar. Vergilər Nazirliyi "United Enterprises Azerbaycan" MMC və Tahir Cəmil oğlu Muradovun təsis etdiyi "Avant Trading" MMC-nin qeydiyyatını həyata keçirib. "United Enterprises Azerbaycan" şirkətinə "Gilan Holding" (burada onlarla sənaye və kənd təsərrüfatı müəssisələri, otellər, restoranlar və s. var), "Jalə" ticarət markası, "Qəbələ" futbol klubu və s. daxildir. Tahir Muradov "Gilan Holding"in prezidentidir. "Avant Trading" MMC-nin icraçı direktoru Mehdi Ağayevdir. O, Masallı icra başçısı Qəzənfər Ağayevin oğludur. Geri qayıt |