Əsas Səhifə > Siyasət, Manşet > İRANDAN ABSURD XOCALI YANAŞMASI

İRANDAN ABSURD XOCALI YANAŞMASI


28-02-2012, 12:50
İRANDAN ABSURD XOCALI YANAŞMASI

«AZƏRBAYCAN XALQI İRANDAN AYRI OLDUĞUNA GÖRƏ FACİƏLƏR YAŞAYIR»

DİA.AZ: - Azərbaycan dövlətinə və Azərbaycan türkünə qarşı düşmənçiliyi sirr olmayan fars-molla rejimi yenə də öz ampluasındadır. Bu dəfə isə bütün Türk Dünyasının faciəsi hesab olunan Xocalı qətliamı fars-molla rejiminin təbliğat maşınının mövzusu olub.

Maraqlıdır ki, əmmaməli təbliğatçılar Xocalı faciəsinə də öz arşınları ilə yanaşırlar. Və onlar bildirirlər ki, Azərbaycan xalqı məhz İrandan ayrı olduğuna görə, bu kimi faciələri yaşamaqdadır. Sanki hər gün onlarla Azərbaycan türkünü məhz milli haqqlarını tələb etdiklərinə görə məhbəslərə dolduran, dar ağacından asan fars-molla rejimi deyilmiş kimi davranırlar.

Hər halda, millətimizə və dövlətimizə qarşı düşmən mövqedə dayandığını bugünkü İran-Ermənistan münasibətlərinin məhrəm məqamda olması ilə də diqqətlərə çatdıran fars-molla rejiminin necə düşündüyü maraq kəsb etməkdədir. Odur ki, DİA.AZ olaraq barəsində danışdığımız materialı diqqətinizə çatdırırıq:

«Bu qırğının nəticəsində 613 nəfər həlak olmuş, 487 nəfər yaralanmış, 1275 nəfər dinc əhali, o cümlədən uşaq, qadın və qocalar əsir götürülmüşdür.

Gülüstan və Türkmənçay müqavilələrindən sonra Azərbaycan Respublikası xalqı həmişə qəmli tale yaşamışdır və 1992-ci ildə Xocalı sakinlərinə qarşı törədilən qırğın da ölkənin müsəlman xalqının bu acı taleyinin bir hissəsi hesab olur.

Xocalı, Azərbaycan Respublikasının şəhərlərindən biridir və hazırda bu ölkənin işğal edilmiş əraziləri sırasındadır. Bu şəhər Dağlıq Qarabağın Xankəndi şəhərindən 14 km. cənub-şərqində və Qarabağ dağları silsiləsində yerləşir. Xocalının Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə olması və Qarabağdakı yeganə aeroportun burada yerləşməsi, şəhərə xüsusi strateji həssaslıq yaradırdı.

Xocalı 1991-cı ilin oktyabrından blokadada idi.Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.

1992-ci il fevralın 26-də axşam gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründənXankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərininə hücum etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər əvvəl Ermənistan qüvvələri tərəfindən üç tərəfdən mühasirə edildi. Şəhərdən qaçmağa məcbur olmuş əhalidördüncü yol olan Əskəran istiqamətiə getdi. Lain, Naxçıvanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar.

Bundan sonra şəhər hər dörd tərəfdən mühasirə edilmiş, şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır və şəhəri başdan-başa od bürümüşdür. Şəhərin müdafiəçiləri əhalini oradan çıxarmaq üçün onlarla birlikdə şəhərdən çıxmağa məcbur olmuşdular. 26 fevral saat 5-də Xocalı erməni qüvvələri tərəfindən işğal edildi.

Şəhəri tərk etməyə məcbur olmuş əhali dağlara və meşələrə üz tutdular. Lakin əhali erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edildilər, çoxlu qız və qadınlar əsir ermənilər tərəfindən əsir aparıldılar. Dağlara və meşələrə sığınmış digər əhalinin demək olar ki, hamısı soyuqdan öldülər.

Bu əməliyyat nəticəsində 613 nəfər həlak olmuş, 487 nəfər yaralanmış, 1275 nəfər dinc əhali, o cümlədən uşaq, qadın və qocalar Ermənistan qüvvələri tərəfindən əsir götürülmüşdür. Bu arada 150 nəfər itkin düşmüşdürvə indiyə kimi onlardan heç bir xəbər yoxdur. 613 nəfər Xocalı qurbanları arasında 63 nəfər uşaq, 106 nəfər qadın və 70 nəfərqoca da vardır.

Hal-hazırda Azərbaycan Respublikası torpaqlarının 20%-i işğal altındadır və ölkə hakimiyyəti Qarabağı azad etmək üçün ölkənin müsəlman xalqının dini etiqadlarından bəhrələnmək əvəzinə Qarabağı xalqa unutdurmaq məqsədilə dindarları həbs etmək, islami hicabı qadağan etmək, Eurovision müsabiqəsi keçirmək, gey parad təşkil etməklə ölkənin müsəlman xalqının dini etiqadları ilə mübarizə aparır».


Geri qayıt