Əsas Səhifə > Cəmiyyət > ÜLVİRANIN ƏRİ İNTİHAR ETMƏK İSTƏYİB

ÜLVİRANIN ƏRİ İNTİHAR ETMƏK İSTƏYİB


28-02-2012, 12:29
ÜLVİRANIN ƏRİ İNTİHAR ETMƏK İSTƏYİB

MEYXANAÇI ÖZÜ-ÖZÜNÜ BIÇAQLADIĞINI DEYİR

ANS-in “Toy olsun” verilişinin aparıcısı Ulvira Qarayevanın bıçaqlandığı bildirilən həyat yoldaşı ilə bağlı maraqlı faktlar açıqlanıb.

İşin təhqiqatını aparan Sabunçu rayon Polis İdarəsinin müstəntiqi Hikmət Vəliyev APA-ya açıqlamasında bildirib ki, artıq Tərlan Mustafayevin ifadəsi alınıb. O, polisə verdiyi ifadəsində özü-özünə xəsarət yetirdiyini etiraf edib.

H. Vəliyev, həmçinin qeyd edib ki, hadisə ilə bağlı T. Mustafayevin özünə hansı dərəcəli xəsarət yetirməsini müəyyən etmək məqsədi ilə tibbi ekspertiza təyin olunub. Ekspertizanın rəyi yaxın günlərdə məlum olacaq. Yalnız bundan sonra onun əməlinə hüquqi qiymət verilə bilər. Hazırda təhqiqat araşdırmaları davam etdirilir.

Ekspertizanın rəyi açıqlandıqdan sonra T. Mustafayevin cinayət məsuliyyətinə cəlb edilməsi də istisna edilmir.

Qeyd edək ki, məlum hadisə fevralın 26-dan 27-ə keçən gecə Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sülh küçəsi, ev 6-nın qarşısında qeydə alınıb. 22 yaşlı Tərlan Ağa oğlu Mustafayev qarın nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

T. Mustafayev son 2 ayda artıq üçüncü dəfədir ki, naməlum şəraitdə bıçaqlanır.

Xatırladaq ki, bıçaqlanan T. Mustafayev meyxanaçıdır, Tərlan Dağlı kimi tanınır.


Geri qayıt