Əsas Səhifə > Dünya > MAHMUD ABBAS BU GÜN ANKARAYA GƏLİR

MAHMUD ABBAS BU GÜN ANKARAYA GƏLİR


28-02-2012, 12:25
MAHMUD ABBAS BU GÜN ANKARAYA GƏLİR

FƏLƏSTİN LİDERİNİN MÜHÜM GÖRÜŞLƏRİ VAR

Fələstinin dövlət başçısı Mahmud Abbas bu gün Türkiyəyə gəlir.

Abbasın Ankarada prezident Abdullah Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşü gözlənilir.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, bu gün günorta saatlarında Ankaraya gəlməsi gözlənilən Abbasın şərəfinə xarici işlər naziri Əhməd Davudoğlu axşam yeməyi verəcək.

Fələstin liderinin prezident Abdullah Gül və baş nazir Ərdoğanla görüşü sabah olacaq. Görüşlərdə ərəb baharı, Yaxın Şərqdəki proseslər, sülh danışıqları və Fələstindəki daxili sülh müzakirə ediləcək. Abbas martın 1-də Türkiyədən ayrılacaq.


Geri qayıt