Əsas Səhifə > Partiya > BİR VİCDAN MƏHBUSUNUN YERİNİ DÖRDÜ TUTUR

BİR VİCDAN MƏHBUSUNUN YERİNİ DÖRDÜ TUTUR


28-02-2012, 12:15
BİR VİCDAN MƏHBUSUNUN YERİNİ DÖRDÜ TUTUR

SÜLH VƏ DEMOKRATİYA İNSTİTUTUNUN BƏYANATI

Vicdan məhbusu Elşən Həsənovun azadlığa çıxmasından sonra Sülh və Demokratiya İnstitutunun siyasi məhbuslar siyahısındakı adların sayı 59 nəfərə düşüb. Belə təsəvvür yarana bilər ki, qanunsuz həbs olunmuşların azadlığa buraxılması kimi müsbət tendensiya var. Amma praktik olaraq hər gün yeni həbslər olur. Hazırda 4 jurnalist- Əvəz Zeynallı, Aydin Caniyev, Ramin Bayramov, Anar Bayramlı və 2 hüquq müdafiəçisi Taleh Xasməmmədov və Zeynal Bağırzadə istintaq altındadır. Jurnalistlər də, hüquq müdafiəçiləri də saxta ittihamlarla həbs olunub. Hakimlərin bu şəxslər haqqında seçdiyi həbs qəti-imkan tədbiri qanuna ziddir. Bununla da hələ məhkəmə istintaqı başa çatmamış və hökm oxunmamış aydındır ki, sözü gedən 4 jurnalist və 2 hüquq müdafiəçisi ilə bağlı saxlanma və istintaq qanunların və prosessual normaların pozulması ilə müşayiət olunur. Onların həbsi sırf siysi motivlərlə aparılıb. Bu şəxslərin hamısı potensial siyasi məhbus yaxud vicdan məhbususudr. Bundan əlavə saxlandığı zaman Zeynal Bağırzadə işgəncəyə məruz qalıb. Hüquq müdafiəçilərinin vəkili Əshabəli Mustafayevin saxlanma və istintaq zamanı yol verilən çoxsaylı qanun pozuntuları haqda Sülh və Demokratiya İnstitutuna təqdim etdiyi geniş və əhatəli məlumat təsdiqləyir ki, həbsin əsl səbəbinin Zeynal Bağırzadənin Naxçıvan, MR-da T. Xasməmmədovun isə Göyçay və Ucar rayonlarında insan haqqlarının müdafiəsi ilə məşğul olmasıdır. (Taleh Xasməmmədovun Ucar rayon polis əməkdaşlarının qadın alverində iştirakı ilə bağlı araşdrırmasının materiallarını bu linkdə izləyə bilərsiniz

dia.az/1142-eok-zorlanan-17-yael-qz-dntdhar-etdd.html#.Trpb5y0b_z4.facebook ). SDİ 2008-2011 ci illərdə yayımladığı hesabatlarda müntəzəm olaraq DİN əməkdaşlarının trafikinqdə iştirakı ( xüsusilə də Şabran rayonunda (əvvəl Dəvəçi)) barədə məlumat verib. Təəssüf ki, bu paqonlu cinayətkarların heç biri cinayət məsuliyyətinə cəlb olunmayıb.

SDİ sözügedən potensial siyasi məhbus/vicdan məhbuslarının istintaqını və məhkəmə proseslərini izləyəcək. Təəssüf ki, 20-dən artıq dindarın (Nardaran, Gəncə və b. sakinləri) həbsi onlara qarşı irəli sürülən ittihamlar məhkəmə qərarları haqqında məlumat həbs olunanların qohumları, dostları və əqidədaşları tərəfindən açıqlanmır. SDİ-nin 2007-2011-ci illərdə həbs olunan dindarlarla iş təcrübəsi göstərir ki, hüquq-mühafizə orqanları məhbusların öz hüquqlarını yaxşı bilməyən, hüquqi savadı olmayan qohumlarını qorxudaraq saxlananların tezliklə azadlığa çıxacağı vədləri ilə onların sükutuna nail olur. Polislərin yalan danışdığı aşkara çıxanda konkret işlərin təhqiqatı üçün lazım olan vaxt itirilmiş olur. SDİ həbs olunmuş dindarların yaxınlarını həbslər barədə bütün məlumatları KİV-ə və hüquq müdafiə təşkilatlarına çatdırmağa çağırır.

Geri qayıt