Əsas Səhifə > Üçüncü sektor > GƏNCLƏR NEFT GƏLİRLƏRİNƏ MARAQ GÖSTƏRİR

GƏNCLƏR NEFT GƏLİRLƏRİNƏ MARAQ GÖSTƏRİR


28-02-2012, 12:09
GƏNCLƏR NEFT GƏLİRLƏRİNƏ MARAQ GÖSTƏRİR

BELƏ BİR TƏDBİR DÜZƏNLƏNDİ

“Saglam İnkişaf və Maarifləndirmə” və “Demokratik İslahatçı Gənclər” (DİGB) İctimai birlikləri “Neft gəlirlərində şəffaflıq və gənclərin iştirakçılığı” mövzusunda növbəti "dəyirmi masa" keçiriblər.

Dünya Gənclər Bankı Şəbəkəsinin regional ofisində keçirilən tədbirddə DİGB təsisçisi Vüsalə Hüseynli Azərbaycanın neft ölkəsi olduğunu vurğulayaraq, gənclərin MHŞT proseslərində iştirakının zəruriliyini deyib.

Tədbirdə ekspert kimi çıxış edən İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM)”nin rəhbəri Vüqar Bayramov bildirib ki, Azərbaycanın Mədən Sənayesi ölkəsi olması təbii ki, gənclərin və ictimaiyyətin bu prosesə maraq göstərməsini təmin edib. O, iştirakçılara “Müasir, İqtisadi Nəzəriyyələr və Mədən Sənayesində Şəffaflıq Siyasəti" mövzusunda Azərbaycanın bu prosesdə iştirakı və hazırkı vəziyyət barədə geniş məlumat verib. "Dəyirmi masa"da interaktiv metoda əsasən, gənclərin ünvanladığı “Gənclərin MHŞT proseslərində hansı formada iştirakı mümkündür?", “Ölkəmizin bu prossesdə gələcək perspektivləri necədir?" , ümumilkdə neft ölkələrinin istifadə etdikləri modellər, Azərbaycanın bir neft ölkəsi kimi tətbiq etdiyi neft modeli, ölkənin təbii sərvətlərinin gələcək nəsillər üçün istifadəsi və s suallar ekspert tərəfindən cavablandırılıb.

V.Bayramov bildirib ki, bu gün dünyada iqtisadiyyatında ən güclü yeri olan ölkənin Böyük Britaniya olduğunu nümunə göstərərək, Azərbaycanın iqtisadi durumunun belə bir səviyyəyə qalxması üçün münasib olduğunu bildirib. Tədbirin sonunda iştirakçılara MHŞT –ilə bağlı təqdimat materailları paylanılıb.


Geri qayıt