Əsas Səhifə > Ölkə, Manşet > HAKİM AİLƏNİN YENİ BİZNESİ

HAKİM AİLƏNİN YENİ BİZNESİ


4-10-2011, 18:02
HAKİM AİLƏNİN YENİ BİZNESİ

PREZİDENTİN ƏMİSİ OĞLU SEMENT ZAVODU YARADIR

Prezident İlham Əliyevin əmisi oğlu İlqar Əliyev Sumqayıtda sement zavodu yaradır. İlk addım atılıb – sentyabrın 19-da “Sumqayıt Sement” QSC təsis edilib.

Zavodun layihə gücü və investisiyaları barədə məlumat verilmir. O məlumdur ki, ölkədə sementə tələbat ildən-ilə artır və indi tələbin 50%-i yerli istehsal ödəyir.

Mütəxəssislərin fikrincə, yaxın 3-4 ildə sementə tələbat iki dəfə artaraq ildə 7 mln ton olacaq. Bundan başqa, bu biznes çox rentabellidir. Belə ki, 40 kq sementin maya dəyəri 2-3 manatdır, amma 5,5-7 manata satılır.

Hüquq üzrə fəlsəfə doktoru İlqar Əliyev akademik Aqil Əliyevin oğludur. O, uzun müddət Baş Prokurorluqda işləyib. Xırdalandakı bir neçə sənaye obyekti, “Riad Farm” əczaçılıq şirkəti və apteklər şəbəkəsi, “Riyad” ticarət mərkəzi, “Riad” özəl mühafizə xidməti və s. ona məxsusdur.

DİA.AZ - Ramiz Təhməzov
HAKİM AİLƏNİN YENİ BİZNESİ

Geri qayıt