Əsas Səhifə > Gündəm, Manşet > «WİKİLEAKS» AZƏRBAYCANI SİLKƏLƏYƏCƏK

«WİKİLEAKS» AZƏRBAYCANI SİLKƏLƏYƏCƏK


28-02-2012, 12:03
«WİKİLEAKS» AZƏRBAYCANI SİLKƏLƏYƏCƏK

«BANK OF BAKU» VƏ DİGƏR İRANÇI QURUMLAR ÜÇÜN ARZUOLUNMAZ XƏBƏRLƏR

DİA.AZ: - Dünən məşhur «WikiLeaks» təşkilatının rəhbəri Culian Assanc mətbuat qarşısında yeni açıqlamaları ilə çıxış edib. Türkiyə mətbuatının bildirdiyi xəbərlərdən belə aydın olur ki, 2010-cu ilin oktyabr ayından etibarən dünyanın bir çox iqtisadi və siyasi çevrələlərini silkələməyə müvəffəq olmuş Culian Assanc yenidən eyni qaydada fəaliyyətini bərpa edir.

Xatırladaq ki, «WikiLeaks» təşkilatı ABŞ Dövlət Departamentinə və Amerikanın bir çox başqa qurumlarına aid məxfi sənədləri açıqlamaqla az qala ölkələrarası münasibətləri belə gərginləşdirə bilmişdi. Təbii ki, burada bizi daha çox maraqlandıranı «WikiLeaks»in Azərbaycana aid sənədləri açıqlamasıdır.

Bu barədə DİA.AZ-ın xarici mətbuatdan əldə etdiyi informasiyalardan aydın olur ki, bu dəfə də «WikiLeaks» təşkilatı Azərbaycanı unutmayacaq. Xəbərdə deyilir: «Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya və İrana aid təxminən 48 min ədəd məxfi sənədin açılması planlaşdırılır».

Xəbərə görə, Türkiyə-Ermənistan-Azərbaycan münasibətlərinin gizli məqamlarına aydınlıq gəıtirə biləcək həmin sənədlərin ifşası regionda çox ciddi təlatümlər yarada bilər. Eyni qaydada Azərbaycan-İran münasibətləri ilə bağlı da çox sirli məlumatları açıqlanması nəzərdə tutulub.

Burada diqqətçəkəni yenə də İranın Azərbaycanda malik olduğu iqtisadi rıçaqlarla bağlıdır. Məlumata görə, İran Azərbaycanda çox böyük iqtisadi dayaqlara malikdir. Onu da xatırladaq ki, buna qədərki açıqlamalarda da «WikiLeaks» təşkilatı tərəfindən İranın Azərbaycanın bank sektorunda çox ciddi şəkildə qərarlaşdığı söylənildi. ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən Amerika Dövlət Departamentinə ünvanlanan məxfi sənədlərdə deyilirdi ki, «XalqBank», «Royal Bank of Baku» və «Bank of Baku» bu gün İranın xüsusi xidmət orqanları ilə çox məxfi bağa malikdir ki, burada da diqqətçəkəni hər üç bankda fars-molla rejiminin xüusi xidmət orqanlarının kənardakı iqtisadi strukturlarını yönəldən Oromi qardaşlarına məxsus «NAB» şirkəti payçı kimi çıxış edir. Bundan əlavə, «NAB» şirkəti həm də «Bacu Electronics», «Hyundai Auto Azerbaijan» kimi şirkətlərə də sahibdir.

Köhnə sənədlərdə vurğulanırdı ki, hər ay 5 milyon ABŞ dolları həcmində vəsait İrandan Azərbaycana «raskrutka» üçün ötürülür: «Bu pullar isə «Bank of Baku»nun şəbəkələrində yuyularaq, təkrarən İrana aid iqtisadi strukturlara ötürülür. Bu işdə «Hyundai Auto Azerbaijan» şəbəkəsinin imkanlarından geniş şəkildə istifadə olunur».

Son məlumatlardan isə aydın olur ki, «WikiLeaks» təşkilatı sözügedən şəbəkənin ifşasına xidmət edən çox ciddi dəlilləri açıqlamağa hazırlaşır: «Hətta vəziyyət o həddə çata bilər ki, rəsmi Bakı sözügedən bank strukturları ilə bağlı ölçü götürmək zorunda qalsın. Çünki burada Azərbaycanın dövlət maraqlarının da təhlükə altına düşməsi faktı var».

Mövzu diqqətimizdədir. Bizi izləyin…

Geri qayıt