Əsas Səhifə > Hadisə > HƏRBİ KOMİSSARIN MÜHAKİMƏ GÜNÜ BƏLLİ OLDU

HƏRBİ KOMİSSARIN MÜHAKİMƏ GÜNÜ BƏLLİ OLDU


28-02-2012, 11:45
HƏRBİ KOMİSSARIN MÜHAKİMƏ GÜNÜ BƏLLİ OLDU

FEYZİ AĞABƏYOV RÜŞVƏTDƏ İTTİHAM OLUNUR

Bakının Binəqədi rayonunun sabiq hərbi komissarı və komissarlığın digər vəzifəli şəxsləri barəsində başlanmış cinayət işi baxılmaq üçün icraata verilib.

APA-nın xəbərinə görə, cinayət işi Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun icraatına verilib. Prosesin hazırlıq iclası martın 9-na təyin olunub.

Qeyd edək ki, Respublika Hərbi Prokurorluğunda istintaqı başa çatdırılan Binəqədi rayonunun sabiq hərbi komissarı Feyzi Ağabəyov və komissarlığın digər vəzifəli şəxslərinin cinayət işinin materialları bir neçə gün bundan əvvəl baxılması üçün məhkəməyə daxil olub. F. Ağabəyov 2011-ci ildə korrupsiya faktı ilə əlaqədar tutulub. O, rüşvət almaqda təqsirli bilinir.

Xatırladaq ki, hazırda Bakı Hərbi Məhkəməsində Sumqayıt şəhərinin sabiq hərbi komissarı Samir Məmmədov, hərbi komissarlığın II bölməsinin rəisi Fəxrəddin Əliyev, komissarlığın hərbi həkim komissiyasının sədri Mirnazir Muxtarov, IV bölmə rəisinin köməkçisi Azər Xaliqovun, habelə Suraxanı rayonunun sabiq hərbi komissarı Təvəkkül Ağayev, hərbi komissarlığın 2-ci bölməsinin rəisi Murad İbrahimov, komissarlığın 4-cü bölməsinin rəisi Tale İbrahimov, 2-ci bölmənin müfəttişi Mərbud Məmmədov, hərbi həkim komissiyasının sədri Aslan Əliyev və vətəndaş Boris Abbasovun məhkəməsi davam edir.


Geri qayıt