Əsas Səhifə > Sosial, Manşet > RÖVNƏQ ABDULLAYEVDƏN BAHALI SİFARİŞ

RÖVNƏQ ABDULLAYEVDƏN BAHALI SİFARİŞ


27-02-2012, 15:55
RÖVNƏQ ABDULLAYEVDƏN BAHALI SİFARİŞ

ARDNŞ PREZİDENTİ ÖZÜ ÜÇÜN 1 MİLYONLUQ MAŞIN SİFARİŞ VERİB

DİA.AZ: - Belə yerdə atalar deyib, «varlığa nə darlıq»…. Bizim də işimiz bu gün neft pullarının, əslində xalqa çatmalı olan, ölkəmizin inkişafına xərclənməli olan sərvətin talanmasına yalnız seyrçi qalmaqla kifayətlənirik. Artıq bizlər ayrı-ayrı məmurlarımızın bahalı alış-verişinə də alışmışıq. Yəni ilk əvvəl əgər bu kimi halları təəccüblə qarşılayırdıqsa, indi buna da öyrəncəliyik.

Məsələn, vərdiş etmişik ki, bir məmurun aylıq xərci 200-300 min manatın üzərində olsun. Öyrəşmişik ki, məmurlarımız oğurladıqları neft pullarını şou-biznesə yatırsınlar, şou-biznesdə batırsınlar. Öyrəşmişik ki, bir məmur övladının istirahət üçün aylıq «rasxodu» 100 min manat olsun və gündə bir maşın dəyişsin.

Amma öyrəşməmişik və şahidi olmamışıq ki, oğurluq olsa belə, həmin pullar hansısa məmur tərəfindən xeyriyyə məqsədilə sərf edilsin. Bu gün öz ailəsini dolandıra bilməyən bir Qarabağ əlilinin yalvarışlı çağırışlarını qulaqardına vuran məmurlarımız hansısa musiqi yarışmasından bəyəndiyi müğənniyə, meyxanaçıya maşını hazır edəcək səviyyədə olduğundan, bu kimi hallara əməlli-başlı alışmışıq.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, ölkənin sayılıb-seçilən oliqarx-məmurlarından biri olan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev öünə bahalı maşın sifariş verib. Mənbəmiz bildirir ki, məşhur «Mercedes-Benz» firmasının «Brabus» atelyesi tərəfindən xüsusi olaraq xizayn edilmiş «Mercedes» «C- Clas» markalı avtomobilin qiyməti nə az nə çox 980 min ABŞ dolları həcmindədir:

«Həmin maşının xeyli sayda özəlliyi var. Əsas özəlliyi isə onun dizaynındadır. Belə ki, üzəri «Brabus» tərəfindən xüsusi maddələrdən hazırlanmış bu maşının təkcə kənar görüntüsünün ərsəyə gəlməsinə 400 min dollar sərf edilib».

Gücü baxımından da bir çox modellərə və maşın markalarına meydan oxuyacaq səviyyədə olan bu maşının kifayət qədər çevik və geniş manevr imkanlarının olduğunu bildirən mənbəmiz onu da vurğuladı ki, Rövnəq Abdullayev həmin avtomobili keçən il sifariş edib və artıq hazır olan bu maşın hətta Almaniyada bir sərgiyə də çıxarılıb: «Sadəcə olaraq, sərgidə maşının artıq satıldığı xüsusi olaraq vurğulanıb».


RÖVNƏQ ABDULLAYEVDƏN BAHALI SİFARİŞ


Geri qayıt