Əsas Səhifə > Partiya > “ÇOX GÜMAN, SENTYABR AYINA QALACAQ”

“ÇOX GÜMAN, SENTYABR AYINA QALACAQ”


27-02-2012, 14:19
“ÇOX GÜMAN, SENTYABR AYINA QALACAQ”

CABBAR SAVALANLININ UNİVERSİTETƏ BƏRPASI LƏNGİYİR

AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlının Sumqayıt Dövlət Universitetinə bərpası gerçəkləşmir. Fevralın 27-də “Media forum” saytına danışan gənc fəal deyib ki, hərbi komissarlıqdan sənədlərin alınması aprel ayına – növbəti hərbi çağırış vaxtına qalıb: “Aprel ayında lazımi sənədləri alsam belə, inanmıram ki, universitetə bərpa olunum. Çox güman, universitetə bərpam sentyabr ayına qalacaq”.

Cabbar Savalanlı 2011-ci il fevralın 5-də tutulub, narkotik vasitəni əldə etmə və saxlamada təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2011-ci il dekabrın 26-da prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

Həbs olunan zaman Sumqayıt Dövlət Universitetinin II kurs tələbəsi olan Cabbar Savalanlı 2011-ci ilin aprelində bu təhsil ocağından xaric edilib. Cabbar Savalanlının təhsil aldığı tarix fakültəsinin dekanı Adil Baxşəliyev ötən həftə “Media forum” saytına açıqlamasında deyib ki, hərbi xidmətdən möhlət hüququ verən sənədi gətirdikdən sonra Cabbar Savalanlı universitetə bərpa olunacaq.


Geri qayıt