Əsas Səhifə > Partiya > BU GÜN HİCAB MƏHBUSLARININ MƏHKƏMƏSİDİR

BU GÜN HİCAB MƏHBUSLARININ MƏHKƏMƏSİDİR


27-02-2012, 11:54
BU GÜN HİCAB MƏHBUSLARININ MƏHKƏMƏSİDİR

HAKİM MƏHBUS ŞİKAYƏTİNİ ARAŞDIRACAQ

Açıqlama verən Anar Qasımlı bildirib ki, Bakı Apellyasiya Məhkəməsində “Hicaba azadlıq” aksiyasında həbs edilmiş və Nərimanov rayon məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilmiş Məmməd Əsgərovun və Zaur İsgəndərovun şikayətinə baxılacaq. Eyni maddə ilə ittiham olunan aksiya iştirakçılarının 1 il və 1 il 6 ay həbs cəzası aldığı göstərilib. Lakin Məmməd Əsgərov və Zaur İsgəndərova Nərimanov rayon məhkəməsi 3 il iş kəsib.

Qeyd edək ki, “Hicaba Azadlıq” aksiyası bu il mayın 6-da Təhsil Nazirliyi qarşısında keçirilib. Aksiya ilə bağlı Bakı Şəhər Prokurorluğunda iş açılıb. İstintaq qrupunun rəhbəri Bakı şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsinin rəisi Nazim İsmayılovdur. Ruhani Tale Bağırov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2-ci maddəsi ilə (Bir qrup şəxs tərəfindən xuliqanlıq) və 233-cü maddəsi ilə (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), (3 ilə qədər həbs) ittiham olunur. Həbs edildikdən sonra Hacı Tale barəsində əvvəlcə 15 sutka, daha sonra isə 2 aylıq həbs qətimkan tədbiri seçilib və Kürdəxanı təcridxanasına göndərilib.


Geri qayıt