Əsas Səhifə > Şou-biznes > ÇİNGİZ MUSTAFAYEVDƏN YENİLİK

ÇİNGİZ MUSTAFAYEVDƏN YENİLİK


27-02-2012, 11:09
ÇİNGİZ MUSTAFAYEVDƏN YENİLİK

“MƏŞHUR "MOVES LIKE JAGGER" MAHNISINI HAZIRLAYIRIQ”

Gənc müğənni Çingiz Mustafayev pərəstişkarlarını yaxşı mənada təəccübləndirmək üçün fəaliyyətə keçib.

Məlumata görə, o, bunu məşhur "Maroon 5" qrupunun repertuarından mahnı ifa etməklə gerçəkləşdirmək niyyətindədir. Maraqlısı odur ki, Çingiz mahnını milli üslubda ifa etməyə hazırlaşır.

"Tamaşaçılara dünyaca məşhur "Moves like Jagger" mahnısını hazırlayırıq. Onu milli üslubda ifa edəcəyik. Özümüz də milli geyimdə olacağıq. Ümid edirəm ki, tamaşaçıların xoşuna gələcək", - deyə Ç.Mustafayev bildirib.

İfaçı "Palmas" qrupu ilə birlikdə yeni albomunu təqdim etməyə də hazırlaşır. Albomun 7 mahnısı artıq hazırdır.


Geri qayıt