Əsas Səhifə > Hadisə > DAHA BİR HƏRBİ MAŞINIMIZ QƏZA KEÇİRİB

DAHA BİR HƏRBİ MAŞINIMIZ QƏZA KEÇİRİB


27-02-2012, 10:38
DAHA BİR HƏRBİ MAŞINIMIZ QƏZA KEÇİRİB

QƏZA NƏTİCƏSİNDƏ ÖLƏN VƏ YARALANANLAR VAR

Azərbaycan Ordusunun hərbçiləri yol qəzasına düşüblər.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə dünən Samux rayonunda qeydə alınıb. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin giziri, 1982-ci il təvəllüdlü Nizaməddin Məzahir oğlu Abdullayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb.

Nəticədə maşında olan sərnişin, 1974-cü il təvəllüdlü Rəfail Mikayıl oğlu Ələsgərov ölüb. R. Ələsgərovun hərbçi olmadığı bildirilir. N. Abdullayev və maşında olan digər sərnişin, gizir, 1980-ci il təvəllüdlü Şaiq Əliheydər oğlu Seyidov isə xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt