Əsas Səhifə > Cəmiyyət > BİR MÜƏLLİMİN MÜBARİZƏSİ

BİR MÜƏLLİMİN MÜBARİZƏSİ


24-02-2012, 17:33
BİR MÜƏLLİMİN MÜBARİZƏSİ

“AİLƏM AKSİYANI DAYANDIRMAĞIMI İSTƏYİR”

Fevralın 10-dan Göygöl rayonunda, öz evində aclıq edən Gəncə Dövlət Universitetinin sabiq müəllimi Fikrət Hacıyev “Media forum”a deyib ki, zəifləsə də, aksiyanı sona kimi davam etdirəcək: “Ümidim var ki, sona kimi dözə biləcəm. Artıq 15 sutkadır aclıq aksiyasını davam etdirirəm”.

Fikrət Hacıyev Gəncə Dövlət Universitetindən qanunsuz çıxarıldığını iddia edir, universitetə bərpa olunmasını istəyir. O, Gəncənin Nizami Rayon Məhkəməsinə şikayət etsə də, Gəncə Dövlət Universitetinə qarşı iddiası təmin olunmayıb.

Fevralın 24-də “Media forum”a danışan Fikrət Hacıyev son bir neçə gündə həkimlərin onu müntəzəm müayinə etdiyini vurğulayıb. “Bir ara əsəb sarsıntısı keçirdiyimə görə təzyiqim düşmüşdü. İndi yaxşıyam. Hələ ki, müalicəyə ehtiyac yoxdur. Mən aclıq aksiyasını işə bərpa olunana qədər davam etdirəcəm. Ailəm aksiyanı dayandırmağımı istəyir, amma mənim belə fikrim yoxdur”.


Geri qayıt