Əsas Səhifə > Partiya > MÜXALİFƏTÇİ MƏMURLARIN PULUNU SAYIR

MÜXALİFƏTÇİ MƏMURLARIN PULUNU SAYIR


24-02-2012, 17:08
MÜXALİFƏTÇİ MƏMURLARIN PULUNU SAYIR

“VİLLALARIN ƏKSƏRİYYƏTİ MƏMURLARA MƏXSUSDUR”

Prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində müxtəlif sərəncamlar imzalamasına, rüşvətxorluğa qarşı mübarizənin davam edəcəyinə dair açıqlamalar verməsinə baxmayaraq, bəzi məmurlar hələ də bu çirkin vərdişdən əl çəkmək niyyətində deyillər. Elə bunun nəticəsidir ki, məmurların zəngin həyat sürmələri qarşısında sadə insanların durumu acınacaqlı olaraq qalır.

Bəs görəsən korrupsiyaya qarşı mübarizə tədbirləri hansı texnologiya ilə həyata keçirilməlidir ki, bu bəladan xilas ola bilək?

Qaynar.info-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, korrupsiya nəticədir, bunu doğuran səbəbləri aradan qaldırmaq lazımdır: “Beynəlxalq praktikada korrupsiyaya qarşı mübarizə fərqli istiqamətdə həyata keçirilir. Bizdə isə korrupsiyanın səbəbinə deyil, nəticələrinə qarşı mübarizə tədbirləri aparılır. Buna qarşı mübarizənin ən effektiv yolu xərclərə nəzarətin təşkilindən keçir. Əgər bu gün məmurların gəlirləri ilə xərcləri arasında fərq varsa, bu o deməkdir ki, həmin məmur vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, rüşvət alır. İngiltərədə vaxtilə Rusiya xüsusi xidmət orqanlarına cəsusluq edən bir agenti çox maraqlı yolla ifşa etmişdilər. Belə ki, öz əməllərində əleyhinə işlənəcək heç bir sübut saxlamayan həmin agent gəlirləri ilə xərcləri arasındakı fərqi müəyyənləşdirmək üçün deklorasiyanı dolduran zaman işfşa olunmuşdu. Məlum olmuşdu ki, həmin agent Rusiyaya cəsusluğun qarşılığında aldığı pulla zəngin həyat sürürmüş. Bu gün Bakıda villalar məhəlləsi var, oradakı evlərin əksəriyyəti məmurlarındır. Yüksək dövlət vəzifələrində çalışan əksər məmurlar ən bahalı avtomobillərdən istifadə edirlər. İstənilən halda onları xərcləri haqqında deklorasiya doldurmağa cəlb etmək mümkün olsa, bu halda həmin məmurların nəyin hesabına varlandıqları, zəngin həyat sürdükləri, delfin, ayı, ekzotik heyvanlar saxladıqları üzə çıxacaq”.


Geri qayıt