Əsas Səhifə > Ölkə > XƏSTƏ “BOMJ” POLİSƏ NİYƏ APARILIB?

XƏSTƏ “BOMJ” POLİSƏ NİYƏ APARILIB?


24-02-2012, 16:00
XƏSTƏ “BOMJ”  POLİSƏ NİYƏ APARILIB?

XRİSTİAN SAHİB ÇIXIR, MÜSƏLMAN ZÜLM EDİR

Yaşayış yeri olmayan Tərtər rayon sakini Elnur Məmmədov bu gecə Pespubilka xəstəxanasından polis bölməsinə aparılıb. Bu haqda Turan-a “Azərbaycan əsgər anaları” İctimai Birliyinin rəhbəri Taisa Qordeyeva bildirib.

E.Məmmədovun hansı polis bölməsinə və nə üçün aparıldığı məlum deyil. T.Qordeyevanın sözlərinə görə, E.Məmmədov şaxtalı havalarda küçədən tapılıb. Donvurma şübhəsilə xəstəxanaya yerləşdirilib.

1991-ci ilsə anadan olan E.Məmmədov 16 yaşından 18 yaşına kimi Şüvəlandakı uşaq evində olub. Sonra Tərtərə göndərilib. Amma uşaq evində E.Məmmədova nədənsə şəxsiyyət vəsiqəsi verilməyib. İki il öncə Tərtərdən Bakıya gələn E.Məmmədov iki ildir ki, sənədsiz yaşayır.

T.Qordeyeva E.Məmmədova sənədlər düzəldilməsi üçün Əmək və Əhalinin Sosial Məşğulluğu Nazirliyinə müraciət etsə də, sorğusuna cavab verilməyib.

Bakıdakı katolik kilsəsinin təmsilçiləri bir müddət E.Məmmədova qayğı göstəriblər və vəd veriblər ki, yaşayış yeri olarsa, mənzil haqqını ödəyəcəklər. Amma E.Məmmədov fiziki və əqli cəhətdən zəif olduğu üçün ailə daxilində yaşaması lazımdır.


Geri qayıt